• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.07.23 21:13
gundem / siyaset

Sahibə Qafarova Əlcəzair xarici işlər naziri ilə görüşdü - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İyulun 6-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ahmed Attafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin beynəlxalq gündəlikdə duran bir çox məsələlərin, o cümlədən ikitərəfli münasibətlərin müzakirəsi üçün uğurlu platforma olduğunu qeyd edib.

Ölkələrimizi birləşdirən dostluq münasibətləri və ortaq dəyərlərdən söz açan parlamentin spikeri, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. Sahibə Qafarova Əlcəzairin Ermənistanla münaqişə dövründə İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanı dəstəklədiyini bildirib, həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərinə qoşulduğunu xüsusi vurğulayıb.

Milli Məclisin sədri gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirib, ölkəmizin Əlcəzairlə münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini vurğulayıb.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışan spiker Sahibə Qafarova Əlcəzairin mərhum Prezidenti Abdelkader Bensalahın 2019-cu ilin oktyabrında Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün Əlcəzairə etdiyi səfəri xüsusi vurğulayıb.

Parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini müsbət səciyyələndirən spiker Sahibə Qafarova Əlcəzair parlamentinin sədri İbrahim Bouğalinin Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçən il Bakı şəhərində baş tutmuş I konfransında iştirakını məmnunluqla xatırlayıb. Milli Məclisin sədri cari ilin yanvar ayında İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə keçirdiyi görüşü qeyd edib.

Qanunverici orqanlar arasındakı əməkdaşlığın inkişafında parlamentin dostluq qruplarının üzərinə düşən vəzifələrdən danışan Spiker, dostluq qruplarının müntəzəm qarşılıqlı səfərlərinin təşkil olunmasının, əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparılmasının vacibliyindən söz açıb. Spiker parlamentlərin komitələri arasında əməkdaşlığın da ikitərəfli əlaqələrə müsbət töhfələr verəcəyini bildirib.

Görüşdə dünən keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və regionda münaqişədən sonrakı vəziyyət barədə iştirakçılara verdiyi müfəssəl məlumatlardan danışan Milli Məclisin sədri, ölkəmizin sülh gündəliyinə sadiq olduğunu, müharibədən sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif etdiyini nəzərə çatdırıb. Sahibə Qafarova sülh prosesinə qarşı atılan addımların yolverilməz olduğunu bildirib.
Qəbula görə təşəkkürünü ifadə edən qonaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını yüksək qiymətləndirdiyini söyləyib, Azərbaycanı Hərəkata sədrliyə başladığı mürəkkəb beynəlxalq vəziyyətdə dünyada tüğyan edən COVİD- 19 virusu ilə mübarizədə atdığı qərarlı addımlara görə təbrik edib. Məhz ölkəmizin sədrliyi dövründə Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasının tarixi qərar olduğunu bildirən qonaq, bu institutların gələcək fəaliyyətinə uğurlar diləyib.

Qonaq Spiker Sahibə Qafarovanın ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafı perspektivlərinə dair fikirlərini dəstəklədiyini, bu istiqamətdə müvafiq addımların atılacağına dair əminlik ifadə edib.

Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri gələn il ölkəsinin BMT TŞ-yə qeyri-daimi üzvlüyü dövründə dünyada silahlı münaqişələrə son verilməsinə, sülhün və sabitliyin bərqərar olunması işinə xüsusi diqqət yetiriləcəyini, lazımi addımların atılacağını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

19:46

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı ilə görüşüb.

Bu barədə Sahibə Qafarova “Twitter”də paylaşım edib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.