• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.06.23 21:11
gundem / siyaset

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

azturktv.az Azərbaycan XİN-in Mətbuat xidmətində istinadən xəbər verir ki, görüşdə Slovakiya şirkətləri və investorları Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. Slovakiyada Azərbaycan Səfirliyinin təsis edilməsi planlarının ikitərəfli münasibətlərin daha dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.

Görüşdə parlamentlərarası əlaqələrin, nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşlərinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən söz açılıb. Habelə, iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan intensiv addımlardan bəhs edib. Slovakiya şirkətləri və investorları Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Slovakiya tərəfi ilə əməkdaşlıq məmnunluqla qeyd olunub.

Enerji sahəsində əlaqələrə toxunan nazir Ceyhun Bayramov bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bərpaolunan mənbələr və enerji səmərəliliyi, eləcə də enerji saxlama texnologiyalarının tətbiqi sahəsində Slovakiyanın təcrübəsinin mübadiləsi sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb.

Spiker Boris Kollar, Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Spiker Azərbaycana səfərini məmnunluqla xatırlayıb və geniş əməkdaşlıq üçün geniş potensialın mövcudluğunun şahidi olduğunu diqqətə çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

14:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter“ hesabında bildirib.

Görüşdə tərəflər Azərbaycan - Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparıb, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov Slovakiyanın Baş naziri ilə görüşdü - FOTO
7.06.23 21:16
gundem / siyaset
backend
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşdü
17.05.23 20:40
gundem / siyaset

XƏBƏR LENTİ

19:59 İlham Əliyev: "Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır"
19:54 İlham Əliyev onları təltif etdi - Siyahı
19:49 İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
21:05 Xalq artisti Roza Cəlilova dəfn edilib
20:56 Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB
20:53 Güləşçimiz finala yüksəldi
20:46 Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
20:39 "Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib
20:37 Ağdamda əmək yarmarkası keçiriləcək
20:33 Türkiyə Prezidenti: İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq
20:30 Ərdoğan: Krım tatarlarına dəstəyimiz davam edəcək
20:28 Ankarada Ərdoğanla Zelenskinin görüşü başlayıb
20:24 Zelenski: Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvənirəm
20:21 Xorvatiya Azərbaycandan neft idxalını 14 %-ə yaxın azaldıb
20:18 Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək
20:12 Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib
20:06 Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
20:03 Azərbaycan və Türkiyə nümayəndələri hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
20:01 Prezident vəkillərin fəaliyyəti ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklikləri təsdiqləyib
19:59 Hikmət Hacıyev və Alison Huker Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı müzakirə edib
19:54 Prezidentdən Kamran Əliyevlə bağlı - Sərəncam
19:50 Zelenski Türkiyədədir
19:44 Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
19:36 Volodimir Zelenski Azərbaycana humanitar dəstəyi ilə bağlı təşəkkür edib
19:14 İlham Əliyev Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsi barədə: Bu cür hücumlar qəbuledilməzdir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyev: "Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır"
21.11.25 19:59
İlham Əliyev onları təltif etdi - Siyahı
21.11.25 19:54
İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
21.11.25 19:49
Xalq artisti Roza Cəlilova dəfn edilib
19.11.25 21:05
Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB
19.11.25 20:56
Güləşçimiz finala yüksəldi
19.11.25 20:53
backend
İlham Əliyev: "Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır"
21.11.25 19:59
İlham Əliyev onları təltif etdi - Siyahı
21.11.25 19:54
İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
21.11.25 19:49
Xalq artisti Roza Cəlilova dəfn edilib
19.11.25 21:05
Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB
19.11.25 20:56
Güləşçimiz finala yüksəldi
19.11.25 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.