• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.04.23 19:57
gundem / tedbirler

Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bu gün ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və “Sahibkarlar Günü” ilə bağlı “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Konfrans keçirilib.

Bu barədə KOBİA-dan bildirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Konfransda çıxış edən Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması, bununla əlaqədar ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, ulu öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel “Sahibkarlar Günü” münasibətilə təbrik edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov video müraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcəkdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, sahibkarlığın bu strategiyaya uyğun olaraq sosial rifah və məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra edilərək sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb. Özəl sektorun korporativ sosial məsuliyyət layihələrini, məşğulluğun təmin olunmasında, özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların sosial müdafiəsi tədbirlərində yaxından iştirakı və dəstəyi, nazirliyin sosial tərəfdaşlıq müstəvisində sahibkarlarla fəal əməkdaşlıq təcrübəsi qeyd olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olunduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

KOBİA-nın sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.

ASK-nın prezidenti Məmməd Musayev dövlət dəstəyinə adekvat cavab verən ölkə sahibkarlarının Azərbaycanın inkişafına və çiçəklənməsinə öz müsbət töhfəsini verdiyini, pandemiya və 44 günlük Vətən müharibəsi zamanı sahibkarların göstərdiyi dəstəyin dövlət-özəl sektor tərəfdaşlığına gözəl nümunə olduğunu qeyd edib, ulu öndər Heydər Əliyevdən başlayaraq bu günə qədər dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlərə dair fikirlərini bölüşüb.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin aprel və may aylarında sahibkarlarla görüşlərinə dair təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə müsbət fikirlərini bölüşüblər.Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub. Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub. Tədbir bədii hissə ilə başa çatıb. Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
22:20 Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
22:18 Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
22:16 Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
22:13 Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
21:55 U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
21:53 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
21:49 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
21:47 "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
21:45 Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:40 Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
21:37 Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
21:32 Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
21:28 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
21:25 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
21:21 Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti çəkiləcək
21:18 İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
21:11 XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
21:06 Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
20:58 Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək
20:53 Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.