• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.04.23 21:47
gundem / medeniyyet

Vaqifin Şuşada açdığı məktəb, Tağıyevin qızlara tikdirdiyi paltarlar - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

18-ci əsrdən bu günə qədər qalan “Quran-i Kərim”i, ilk məktəb libaslarını, keçmişdəki qadınların məktəb anlarını təsvir edən Xalq Təhsil Muzeyindən reportaj hazırlanıb.

Lent.az-ın hazırladığı reportajı təqdim edirik:



Muzeyin direktoru Lalə Bayramova Xalq Təhsil Muzeyi Xalq Komissarlar Sovetinin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən yaradılığını bildirib:

“Muzeydə əsasən görkəmli alimlərin, pedaqoqların, elm və dövlət xadimlərinin təhsilə verdiyi töhfələr eksponat kimi sərgilənir. Müxtəlif dövrlərin fotoşəkil, jurnal və dərs vəsaitləri saxlanılır”.



Lalə xanım deyir ki, ən qədim əşya “Quran-i Kərim” kitabıdır:

“Bura keçmiş SSRİ məkanında yaradılan ilk Xalq Təhsil Muzeyidir. Muzeydə saxlanan ən qədim əşya 18-ci əsrə aid olan “Quran-i Kərim” kitabıdır. Uzun illər bundan qabaq həmin kitabı muzeyin işçisi olan bir xanıma qonşusu hədiyyə kimi verib. Həmin xanım da kitabı muzeydə eksponat kimi saxlanılması üçün bizə bağışladı”.

Lalə xanım artıq 52 ildir ki, burada çalışır. Necə deyərlər, bir növ muzey fədaisidir:

“Mən özüm də 1970-ci ildən burada çalışıram. 17 yaşım muzeydə tamam olub. Universitetdə oxuya-oxuya muzeydə çalışdım. İlk dəfə bələdçi kimi işləməyə başladım. Daha sonra elmi işçi, direktor müavini və ən sonda isə direktor vəzifəsinə yüksəldim. Artıq 52-ci ildir ki, muzeydə çalışıram. Bütün həyatım demək olar ki, muzeydə keçib”.



Lalə xanımdan muzey haqqında ilkin məlumatları əldə etdikdən sonra təhsilə səyahətimiz başlayır.

Təhsil tarixi ilə tanış olmaq üçün bizi Xalq Təhsil Muzeyinin direktor müavini Zülfiyyə xanım Şiriyeva müşayiət edir.

Lalə xanımın dediyi kimi, muzeyə girərkən ilk diqqət çəkən Quran kitabıdır.

Nə az, nə çox düz 18-ci əsrə aiddir.

“Burada saxlanılan ən qədim eksponat 18-ci əsrə aid olan “Quran-i Kərim”dir. O vaxt mədrəsələrdə şəriət dərslərinə üstünlük verilirdi. Ona görə də Qurandan dərslər keçirilirdi”.



Qapının girəcəyindəki sol divarda yerləşən tablo isə Vaqifin Şuşada açdığı məktəbdəki dərs prosesini təsvir edir:

“Bu girəcəkdə yerləşən tabloda Vaqifin Şuşada açdığı məktəbdə dərs prosesi təsvir edilib. Vaqifi ictimai xadim, şair kimi tanıyırlar amma onun pedaqoji fəaliyyəti də vardı. Əslində bütün maarifçilərimiz müəllimdirlər”.

Muzeyin bu bölümündə qadın təhsilindən bəhs edilir. Fotolar da Tağıyevin qızlar üçün açdırdığı gimnaziyadandır:

“Daha sonra qadınların özləri təhsil almağı təbliğ etdilər. Bir ifadə var ki: Oğlan təhsil alanda bir fərd, qadın təhsil alanda isə bir nəsil təhsilli olur”.



Muzeyin ikinci salonunda keçmiş məktəb formalarının eksponatı ilə qarşılaşdıq. Məktəbli geyimləri arxiv materiallardan eskiz çıxarılaraq tikdirilib:

“Bu fotoda Nəşr Maarif Cəmiyyətinin açdığı məktəbdəki formadır. Elə tikdirdiyimiz formanı da buradan götürmüşük. Qızlar üçün bu forma isə Tağıyevin gimnaziyasındakı məktəbli geyimidir”.


Ənənəsi bu gün də davam edən Müəllimlər Qurultayının ilk yığıncağı da divardan asılan tabloda əks olunur:

“Bu fotoda isə ilk Müəllimlər Qurultayıdır. Çox gözəl bir hadisədir ki, indi də bu qurultay davam edir. Burada isə o vaxtın məktəb jurnallarıdır ki, təhsil xəbərlərini özündə əks-etdirirdi”.

Muzeydə şagirdlərin əl işləri eksponat kimi saxlanılır. Muzeyin 6 salonu var və eksponatlar isə salonda xronoloji ardıcıllıqla yerləşdirilib. Qədim dövrdən müasir dövrə qədər. Elə bu səbəbdən insan bir növ tarixə səyahət yaşayır.

Maketlər, əyani tədris vəsaitləri eksponat kimi göstərilir ki, bir vaxtlar dərsin keyfiyyətini yaxşılaşdırmaq üçün əyaniliyə üstünlük verilirdi.



“Bunlar isə keçmişin əmək dərslərində istifadə edilən alətlərdir. Ən sonuncu salon isə müasir dövrün təhsilini təsvir edir. Həm Heydər Əliyev, həm də Prezident İlham Əliyevin təhsilimizə etdiyi töhfələr barədədir”.

Bəs, şagirdlər hazırladıqlarını eksponat kimi muzeyə necə verir? Bu proses necə baş tutur?

“Həmən şagird bizə sənədlə müraciət edir. Əgər tələblərə cavab verirsə, həmin sənəd aktlaşdırılır. Şagirdin hazırladığı sənət əsəri eksponat kimi muzeydə saxlanılır”, - deyir Zülfiyyə xanım.

O qeyd edir ki, bəzi universitetlərdə pedaqogika fənnini bura gəlib tədris edirlər. Təhsilin pillələri ilə əyani olaraq tanış olurlar.



Muzeylər tarixi yaşadır, gələcək nəsillərə ötürülür. Eyni zamanda, muzeydə nümayiş olunanlar yalnız təhsil tarixinin bir qismidir. Qapalı kitabxanası var ki, ora tarix kimi qorunub saxlanılır. Necə deyərlər, bu görünənlər hələ təhsilin önüdür. Bir də bu tarixin arxası var ki, həmin tapıntılar gizli olaraq qorunur.

Muzeyin salonlarını yavaş-yavaş gəzib bitirdikdən sonra qapıya yaxınlaşanda bir maraqlı təşəbbüslə qarşılaşdıq.

Deməli, muzeyi gəlib gəzən, tarixlə tanış olan hər kəs çıxışda öz təəssüratlarını bu dəftərə qeyd edirlər. Bizim də bu dəftərdə bir xatirəmiz olsun dedik və bir neçə cümlə ilə fikirlərimizi yekunlaşdırdıq.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.