• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.04.23 20:45
gundem / idman

Minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edib. O, turniri keçirmə məqsədlərinə nail olduqlarını söyləyib:

“Son mərhələyə yaxınlaşmışıq. Turnirdə 52 komanda mübarizə aparırdı, qrup, pley-off mərhələlərini keçmişik və artıq 1/4 final mərhələsindəyik. Bura qədər irəliləmiş komandaları təbrik edir, bütün iştirakçı kollektivlərə təşəkkürümüzü bildiririk. Əsas məqsədimiz turnirdə iştirakın dövlət qurumlarının əməkdaşları üçün əlavə motivasiya olması idi. Minimum qoyduğumuz hədəflərə nail olduq. İnşallah, liqa növbəti illərdə də davam edəcək”.

E.Məmmədov təşkilati işlərdə dəstəyə görə AFFA, Azərbaycan Minifutbol Federasiyası və güc strukturlarına təşəkkür edib.

Daha sonra turnirin növbəti oyunlar üçün təqvimi açıqlanıb. Bildirilib ki 1/4 final matçları 15-16 apreldə, yarımfinal görüşləri 30 apreldə, üçüncülük və final oyunları isə 7 may tarixində Bakı Tennis Akademiyasında keçiriləcək. Yarımfinal mərhələsindən etibarən oyunlar “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Turnirin 1/4 finalında SOCAR - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq - Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi - Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi - Azərbaycan Dəmir Yolları QSC oyunları keçiriləcək.
Yarışda ilk 4 yeri tutacaq komandalar mükafatlandırılacaq. E.Məmmədiv bildirib ki, 4-cü yerin sahibi “Qarabağ” klubunun beynəlxalq oyununu yerli arenada “Sky-box”dan izləmək imkanı qazanacaq. 3-cü yeri tutacaq komanda bahalı saatlarla mükafatlandırılacaq. 2-ci yerin sahiblərinə Su İdman Sarayında birillik premium abunəlik hədiyyə ediləcək. Yarış futbolla bağlı olduğu üçün qalib komandanın 15 üzvünün “Qarabağ”ın səfərdə keçirəcəyi avrokubok matçlarının birini izləməsi təşkil olunacaq. Bundan başqa, turnirin ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı, ən məhsuldar oyunçusu, ən yaxşı hakimi mükafatlandırılacaq. Əlavə olaraq feyr-pley mükafatı təqdim olunacaq.

Tədbirin yekununda iştirakçı komanda nümayəndələrinin təklif və iradları dinlənilib, müzakirələr aparılıb.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi, 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandalarının iştirakı ilə təşkil etdiyi turnir keçən il noyabrın 19-da start götürüb.

Oxşar Xəbərlər

backend
Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı - SƏRƏNCAM
14.06.22 19:25
gundem / siyaset
backend
Ağdaşda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol turniri keçirilib - FOTO
12.05.22 21:11
gundem / bolge

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.