• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.04.23 20:28
gundem / siyaset

İlham Əliyevin Bosniya və Herseqovina lideri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının Bosniya və Herseqovinaya daim dostluq münasibəti göstərməsini yüksək qiymətləndiriblər. Xüsusilə Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi vurğulayaraq, ölkəmizin Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmirini çox yüksək qiymətləndiriblər.

Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının bu səfərinin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına və əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildiriblər. Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm də beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsinin aparılacağı vurğulanıb.

Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi qeyd edilib. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edilib. Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulanıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxunublar, Bosniya və Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd ediblər.

1972-ci ildə Bakı və Sarayevo şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalandığını xatırladan Prezident İlham Əliyev bu şəhərlər arasında münasibətlərin qardaşlıq zəminində inkişaf etdiyini deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.

Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayıb, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycanın Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini diqqətə çatdıran dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Bu xüsusda iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın və müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alınıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.
Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olunub.

Dövlətimizin başçısı bildirib ki, həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması da yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də bildirilib.

Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib.

15:05

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

14:35

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü başlayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
13.04.23 20:20
gundem / siyaset
backend
İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət olundu
1.03.23 19:52
gundem / siyaset

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.