• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.03.23 20:57
gundem / idman

Namiq Abdullayev: “Ulu öndərlə görüşdən sonra idmançılar uğur qazanmaq üçün daha səylə çalışırdılar” - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Ulu öndərlə görüşlərdən sonra idmançılar növbəti illərdə uğur qazanmaq üçün daha səylə çalışırdılar”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

52 yaşlı veteran idmançı SSRİ çempionatları və birinciliklərində daim ulu öndərin diqqət və qayğısını hiss etdiklərini bildirib:

“Heydər Əliyev hakimiyyətdən gedəndən sonra bizə mane olurdular. İdmançılarımızın Avropa, dünya çempionatlarında, olimpiadalarda iştiraklarına müəyyən çətinliklər yaradırdılar, hətta müxtəlif yarışlara aparılmırdılar. Bir sözlə, Azərbaycanın adının hallanmasını istəmirdilər. Buna baxmayaraq, nüfuzlu yarışlarda uğurlu çıxış edən təmsilçilərimiz olub. Müstəqillik illərindən əvvəl bu haqsızlıqların hamısını görürdüm. Yalnız rəqiblərdən aşkar üstün olduğumuzu sübut edəcəyimiz təqdirdə dünya və ya Avropa çempionatına aparılırdıq. Mən SSRİ vaxtı gənclərin və yeniyetmələrin turnirlərində yerlər tutmuşdum. Buna baxmayaraq, böyüklərin nə dünya, nə də Avropa çempionatında iştirak etmişəm”.

Abdullayev yalnız müstəqillikdən sonra Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil etdiklərini söyləyib:

“Bizim yenə də çətinliklərimiz olurdu. Ölkədə xaos var idi. İdman zalları bərbad haldaydı, yarışlara hazırlıq dövrü yüksək səviyyədə deyildi. Ulu öndərin ikinci dəfə, 1993-cü ildə hakimiyyətə gəlişi hər sahədə olduğu kimi, idmanda da dönüş yaratdı. İlk olaraq nailiyyət əldə etmiş idmançılarla 1995-ci ildə Əl Oyunları Sarayında toplantı keçirilmişdi. Orada mən də iştirak edirdim. Heydər Əliyev hər sahədə olduğu kimi, idmana da böyük diqqət yetirildiyini vurğuladı. 1992-ci ildə olimpiya çempionu olmuş Nazim Hüseynova “Şöhrət” ordeni verildi. Bundan əlavə, məşhur veteran futbolçumuz Ələkbər Məmmədov da eyni mükafatla təltif edildi. Atıcımız Zemfira Meftahətdinova və mənə “Tərəqqi” medalları təqdim olundu. İdmana belə diqqətin yaranması bizim üçün sevindirici hal idi. Hər ilin sonunda nailiyyət əldə etmiş idmançılarla toplantılar olurdu və onlar fəxri adlarla təltif edilirdilər. İlin sonunda ulu öndər mənə də mənzil hədiyyə etmişdi. Həmin vaxt ilk dəfə onunla əlbəəl görüşürdük.



Olimpiya çempionu 1996-cı ildə Rusiyadakı beynəlxalq turnirdə qalib olduğunu xatırladıb:

“Daha sonra Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı – red.) Gənclərin Birinci Forumu keçirildi. Ulu öndərimiz də orada idi. Tədbirin birinci hissəsi başa çatanda bizim üçün yaradılmış guşədə səmimi görüşümüz baş tutdu. Ovaxtkı gənclər və idman naziri Əbülfəz Qarayev Rusiyadakı yarışda ilk dəfə təmiz qızıl medalın verildiyini söylədi. Ümummilli lider zarafatyana dedi ki, “bu medalı mənə verirsən?”. Mən də susdum. Dahi şəxsiyyətlə söhbətdə deməyə söz tapa bilmədim. Dərhal dedi ki, “bu, zarafatdır, sən medalı zəhmətlə, alın tərinlə qazanmısan”. Olimpiya ili olduğu üçün bizə uğurlar arzuladı. Həmin il Avropa çempionatında üçüncü yeri tutduğum üçün olimpiadaya lisenziya qazanmışdım”.


Namiq Abdullayev 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında iştirak üçün hər şəraitin yaradıldığını diqqətə çatdırıb:

“İlk dəfə müstəqil ölkə kimi belə yarışda iştirak edəcəkdik. Ulu öndər Heydər Əliyev olimpiadadan əvvəl də bizimlə görüşdü. Azərbaycanı layiqincə təmsil edəcəyimizə dair ona söz verdik. Heydər Əliyev hər zaman olduğu kimi, tövsiyələrini verdi və uğurlar arzuladı. Bizə dedi ki, ilk qələbənizi lisenziya qazanmaqla əldə etmisiniz, ikinci qələbəniz isə medallar olacaq. Hakimlərin haqsızlıqları olsa da, medallar əldə etdik. Mənim də görüşümdə hakimlərin böyük haqsızlığı oldu. Finaladək təmiz qələbələr qazanırdım. Həlledici qarşılaşmada isə rəqibim Bolqarıstan təmsilçisi Valentin Yordanov idi. O, dəfələrlə dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Sonuncu olimpiadası olduğu üçün Yordanova güzəşt etdilər. Haqsızlıq oldu və 3:4 hesabı ilə uduzdum. Halbuki 5:3 hesabı ilə qalib gəlməli idim. Etirazımız da qəbul olunmadı”.

Veteran güləşçi həmin vaxt ölkəyə qayıdanda böyük coşqu ilə qarşılandıqlarını söyləyib:

“İlk dəfə qatıldığımız olimpiadada gümüş medal qazanmışdıq. Mənə dedilər ki, ulu öndər gümüş medalı “qızıl” kimi təqdim edib. Həmin vaxt mənim qızıl medalçı kimi mükafatlandırılmağımla bağlı sərəncam da verilmişdi. Bundan sonra ulu öndər olimpiadaya getmiş heyəti qəbul etdi. 5-7-8 və ya 10-cu yerə çıxmış idmançılara xüsusi diqqət ayrılmışdı. Mən də öz növbəmdə söz verdim ki, bu etimadı doğruldacağam və Sidney olimpiadasında həqiqi qızıl medal əldə edəcəyəm. Çox şükür belə də oldu. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idmana ikiqat diqqət ayrıldı. Hər bir şəxs istəyirdi ki, Avropa və dünya çempionu olsun və ilin axırında ulu öndərlə görüşsünlər. Onunla görüşdükdən sonra yenidən yüksək səviyyədə çıxış edirdilər. Artıq Sidney olimpiadasında Azərbaycan idman ölkəsinə çevrilməyə başlamışdı. Ölkəmizdə idmana qayğı dövlət tərəfindən yüksək səviyyədə olub. Sidneydən Vətənə iki qızıl və bir bürünc medalla qayıtdıq. Finalda ABŞ güləşçisi Samuel Henson ilə qarşılaşma çox ağır oldu. Onun üç mindən artıq azarkeşi var idi. Finalda İlham Əliyev, xanımı Mehriban Əliyeva da tribunada idilər. Gərgin dueldə qalib gələrək qızıl medal qazandım. Sevincimin həddi-hüdudu yox idi. Həmin vaxt ulu öndərə verdiyim sözü tuta bildim”.



Olimpiya çempionu qızıl medal qazandıqdan sonra “Şöhrət” ordeni ilə təltif olunduğunu deyib:

“Bu, sevindirici hal idi. Dahi şəxsiyyətin əlindən bu mükafatları almaq bizim üçün ikiqat motivasiya olurdu”.

Oxşar Xəbərlər

backend
İdman uğurlarımız vətənpərvərliyi gücləndirən amildir
11.04.22 14:32
gundem / siyaset

XƏBƏR LENTİ

21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
21:05 İran ordusu ABŞ-nin bazalarına PUA hücumu edib
21:01 Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
20:58 Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
20:54 Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib
20:50 Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
20:45 Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub
20:41 Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
20:37 İlham Əliyev: Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir
20:34 İrakli Kobaxidze: İlham Əliyev Gürcüstanın dəyərli dostudur
20:31 İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
8.04.26 21:44
Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
8.04.26 21:41
Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
8.04.26 21:39
Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
8.04.26 21:36
Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
8.04.26 21:33
Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
8.04.26 21:30
backend
Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
8.04.26 21:44
Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
8.04.26 21:41
Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
8.04.26 21:39
Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
8.04.26 21:36
Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
8.04.26 21:33
Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
8.04.26 21:30
backend
Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
8.04.26 21:44
Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
8.04.26 21:41
Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
8.04.26 21:39
Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
8.04.26 21:36
Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
8.04.26 21:33
Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
8.04.26 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.