• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.03.23 20:17
gundem / siyaset

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoruna, Aİ Şurasının Prezidentinə müraciətlər göndərib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


“Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına çağırıb”.

Bunu “Report”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, icma həm Avropa İttifaqından, qurumun Prezidenti Şarl Mişeldən, həm də Avropa Şurası Parlament Assambleyasından müraciətlərə cavab gözləyir:

“Qərbi azərbaycanlıların qayıdışı insan hüquqları məsələsidir və həmin insan hüquqları ilə bağlı sözügedən beynəlxalq təşkilatların hər birinin nizamnamələrində bəndlər və öhdəlikləri var. Bu baxımdan həmin qurumlar yüz minlərlə qərbi azərbaycanlının hüququnun təmin olunması ilə bağlı olan müraciətimizə cavab verməli, bu müraciəti görməzdən gəlməməlidir”.

Ü.Zülfiqar vurğulayıb ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar öz torpaqlarına geri qayıtmalıdır:

“Deportasiya insanlıq əleyhinə cinayətdir. Fundamental insan haqları pozulan yüz minlərlə soydaşlarımızın öz evlərinə, doğulduğu torpaqlara qayıtmaq onların təməl insan hüquqlarıdır”.

14:10

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.

Oxu.Az xəbər verir ki, icmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:

“Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik.

1989-cu ildə yaradılmış təşkilatımız indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb.
Ermənistan hökuməti azərbaycanlı maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilmişdir.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Üstəlik, məscidi bir etnik qrupa aid olaraq təqdim etməklə ibadət yerlərini etnik mənsubiyyətə görə bölməyən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanları birləşdirən dinimizə qarşı hörmətsizlikdir.

Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.

Ermənistanın ayrı-seçkilik və etnik təmizlik siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərmişdir. Məsələn, Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin dayağı olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Ermənistan hökuməti hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını nümayişkaranə şəkildə dağıtmışdır.

Ermənistan tərəfindən azərbaycanlı mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə və mədəni kimliyə təhlükə yaradır və regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh və barışığa ciddi maneə törədir.

Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq və əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaları, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycanlı mədəni irsinin və mülkiyyətinin bərpası, mühafizəsi və saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir.

Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir.

Ermənistan bizim qayıdışımızdan əvvəl, qayıdış dövründə və sonra bu hüququmuzu təmin etmək üçün öhdəlik daşıyır.

Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında UNESCO-nun dəstəyini xahiş edirik. Bu ölkədəki azərbaycanlı mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı.

Təşkilatımız Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır”.

Qeyd edək ki, müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Vatslav Balekə və BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi Aleksandra Xantakiyə göndərilib.

Oxşar Xəbərlər

backend
Qərbi Azərbaycan İcmasında Türkiyə parlamentinin deputatları ilə görüş keçirilib - FOTO
4.02.23 20:34
gundem / siyaset
backend
Praqada İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB + FOTO
8.10.22 18:53
gundem / siyaset

XƏBƏR LENTİ

22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.