• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.03.23 20:18
gundem / siyaset

Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd etdilər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladı.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulandı.

Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd etdi.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirdi. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd etdi, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını dedi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini dedi.

Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışıldı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

13:44

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Egils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb - FOTO
8.03.23 20:20
gundem / siyaset

XƏBƏR LENTİ

21:05 Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
21:00 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
20:53 Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
20:50 Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
20:43 Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
20:37 Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
20:32 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
20:27 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
20:23 MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:11 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
20:06 Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
20:01 İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
19:56 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
19:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.