• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.02.23 19:29
gundem / iqtisadiyyat

Daşkənddə Özbəkistan və Azərbaycan arasında bir sıra sənədlər imzalanıb - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Forumun açılış mərasimində Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində güclü stimul olduğunu vurğulayıb. Bunun nəticəsidir ki, hazırda energetika, avtomobilqayırma, nəqliyyat, kənd təsərrüfatı, neft-kimya kimi sahələrdə birgə layihələr uğurla icra olunur. Bugünkü Forum da əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli olacaq.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, işgüzar münasibətlər, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdırıb.

Bildirilib ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63 faizdən çox artım müşahidə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial vardır. Yaradılacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da iqtisadi əməkdaşlığımızda, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında əhəmiyyətli olacaq.

Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2022-ci ildə ÜDM-in 4,6%, o cümlədən qeyri-neft ÜDM-nin 9%-dən çox artığını qeyd edib.

Forumda həmçinin, ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Diqqətə çatdırılıb ki, artıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi davam edir və bu, xalqlarımız arasındakı sıx münasibətlərin daha bir bariz təzahürüdür.

Qeyd edilib ki, ölkələrimizin regionları arasında əlaqələrin inkişafı üçün imkanlar genişdir. 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu birgə təşəbbüslər üçün mühüm platformadır.

Tədbirdə investisiya layihələri barədə təqdimatlar, eləcə də “B2B” və “B2G” formatda görüşlər keçirilib.

Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb. Belə ki, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş imzalanıb.

Qeyd edək ki, Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

17:36

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Özbəkistan - Azərbaycan Regionlararası Forumuna qatılıb.

Nazir bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, Birinci Özbəkistan - Azərbaycan Regionlararası Forumu çərçivəsində Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlərin, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsinin imzalanması uğurlu əməkdaşlığımızı daha da şaxələndirəcək.

Oxşar Xəbərlər

backend
KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
25.02.23 20:40
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:49 Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
20:46 Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
20:44 Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
20:41 SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
20:37 Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
20:35 Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
20:31 SEPAH Bəhreyndəki "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirib
20:29 İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub
20:22 İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib - YENİLƏNİB
20:16 Əli Əsədov Cevdet Yılmazla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
20:12 Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
21:56 Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
21:49 Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
21:45 Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB
21:38 Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
21:32 Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
21:19 Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
21:12 Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib
21:06 Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
20:59 Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşub
20:55 AQTA: Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib
20:51 Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
20:47 Azərbaycan və Türkiyə biznes tərəfdaşlığının təşviqini müzakirə edib
20:43 Naxçıvanda su ehtiyatları 165 milyon kubmetri ötüb
20:38 İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
2.04.26 20:49
Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
2.04.26 20:46
Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
2.04.26 20:44
SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
2.04.26 20:41
Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
2.04.26 20:37
Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
2.04.26 20:35
backend
Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
2.04.26 20:49
Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
2.04.26 20:46
Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
2.04.26 20:44
SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
2.04.26 20:41
Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
2.04.26 20:37
Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
2.04.26 20:35

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.