• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
23.02.23 20:31
gundem / siyaset

Pakistanlı nazir: “Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” - FOTO










MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan “Xocalı Soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət” adlı seminar və fotosərgi təşkil edib.

Səfirlikdən verilən məlumata görə, tədbirdən öncə Xocalıda Ermənistanın törətdiyi soyqırımını əks etdirən fotosərgiyə baxış keçirilib.

Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmudun ali qonaq qismində təşrif buyurduğu tədbirdə SZABİST Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, səfirlik əməkdaşları, eləcə də Pakistanın müxtəlif beyin mərkəzlərinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının 31-ci ildönümünün anıldığını vurğulayıb və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

Tarix boyu Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüzminlərlə dinc sakinin qətlə yetirildiyini və öz doğma yurdlarından didərgin düşdüyünü ifadə edən səfir Xocalı soyqırımı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

X.Fərhadov məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.

Səfir 44 günlük Vətən müharibəsindən danışaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.

X.Fərhadov Pakistan Milli Assambleyası və Senatı tərəfindən Xocalı soyqırımını qınayan müxtəlif qətnamələrin qəbul olunduğunu vurğulayaraq bu ölkənin Hökumətinin və Parlamentinin istər keçmiş Dağlıq Qarabağ münaqişəsi, istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və dəstəyə görə Pakistan hökumətinə və parlamentinə öz təşəkkürünü çatdırıb.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının, sadəcə, Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir cinayət olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını bildirən nazir Azərbaycanı bütün sahələrdə daim dəstəklədiklərini və Ermənistanı təcavüzkar siyasətinə görə qınadıqlarını diqqətə çatdırıb. Məhəmməd Talha Mahmud Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraq həmin dövrdə Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib və bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını qeyd edib. Nazir çıxışının sonunda Xocalı qurbanlarını ehtiramla yad etdiyini və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.

Seminarda çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan və həmin universitetin sosial elmlər və diplomatik araşdırmalar fakültəsinin direktoru Tariq Vahid Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıblar. Onlar 613 günahsız insanın qəddarcasına qətlə yetirildiyini təəssüflə qeyd edib və beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar. Onlar Azərbaycanla həmrəylik nümayiş etdirərək Xocalı qurbanlarını ehtiramla yad ediblər.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı kitablar və informativ bukletlər, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və Azərbaycan-Pakistan münasibətlərinə dair müxtəlif materiallar universitet kitabxanasına hədiyyə olunub.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.