
SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib - FOTO

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
2023-cü il yanvarın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib.
Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olub.
Daha sonra SOCAR-ın və Boğaziçi Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf qardaş Türkiyənin qədim tarixə və zəngin təcrübəyə malik Boğaziçi Universiteti ilə birgə “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının təşkilinin əhəmiyyətindən bəhs edib. SOCAR-ın Korporativ Strategiyasından danışan Rövşən Nəcəf bu xüsusda şirkətin müəssisələrində rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksək ixtisaslı kadr potensialının inkişafının prioritet istiqamətlər kimi götürüldüyünü qeyd edib.
“Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının önəmini vurğulayan Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci proqramın liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi, daha səmərəli idarəçiliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Rektor SOCAR-ın uzunmüddətli hədəflərini və insan kapitalının inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib, “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə birgə əməkdaşlığın yüksək ixtisaslı kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM ilə dünyanın nüfuzlu təhsil ocaqlarından biri olan Boğaziçi Universiteti arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. 2021-ci ilin noyabrında tərəflər arasında anlaşma memorandumunun imzalandığını xatırladan rektor ötən müddət ərzində universitetlərarası münasibətin gücləndirilməsi və inkişafı istiqamətində zəruri addımların atıldığını bildirib.
Daha sonra SOCAR ilə Boğaziçi Universiteti arasında “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə müqavilə, BANM ilə Boğaziçi Universiteti arasında “Birgə proqramların həyata keçirilməsinə dair” Anlaşma Memorandumu imzalanıb.
Görüşdən sonra BANM-də SOCAR-ın rəhbər heyətinin, BANM-in müəllim və tələbə kollektivinin iştirakı ilə “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının açılış mərasimi keçirilib.
Təlim proqramında Boğaziçi Universitetinin prorektoru Gürkan Kumbaroğlunun “Enerji iqtisadiyyatı” mövzusunda mühazirəsi maraqla qarşılanıb.
25-03-2023, 21:14
"Qızımın gələcəyi üçün onu bağışlamışam"
25-03-2023, 21:11
Ərdoğan Putinlə danışdı
25-03-2023, 21:08
Türkiyənin yeni amfibiyası: Arsenala daxil edildi
25-03-2023, 21:04
Hacı Nuranın səhhətində problem yarandı
25-03-2023, 21:01
Ermənilər Şuşa qalasının “İrəvan” qapısını qəsdən dağıdıblar - FOTO
25-03-2023, 20:58
Maarifçilik hərakatının öncüllərindən olan şuşalı müəllim - Nəcəf bəy Vəzirov
25-03-2023, 20:55
“Qarabağ” - “Qalatasaray” matçına gedəcək azarkeşlərin NƏZƏRİNƏ
25-03-2023, 20:53
Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
25-03-2023, 20:51
Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər - FOTO
25-03-2023, 20:49
İsveçlə oyun öncəsi Azərbaycan millisində ciddi itki
25-03-2023, 20:42
Azərbaycanda ən çox nəyi sığorta etdirirlər? - AÇIQLAMA + STATİSTİKA
25-03-2023, 20:40
Şabranda qatarla traktor toqquşub, ölən var
25-03-2023, 20:38
Oqtay Əliyevin dəfnindən sonra media niyə tənqid olundu? - “Dəxli olmayan suallar, yerinə düşməyən sorğular”
25-03-2023, 20:36
Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
25-03-2023, 20:34
Bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
25-03-2023, 20:32
Dövlət sərhədini pozmaq istəyən daha bir şəxs saxlanılıb - YENİLƏNİB + FOTO
25-03-2023, 20:29
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
25-03-2023, 20:27
Qubadlı rayonunun Ulaşlı kəndi - FOTO
25-03-2023, 20:24
Güney Azərbaycan türkləri Brüsseldə aksiya keçirirlər, əsas tələb İranda azadlıq və ədalətdir
25-03-2023, 20:21
Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, yeddi nəfər vəfat edib - FOTO
25-03-2023, 20:13
Dünya bazarında neft qiymətləri azalıb
25-03-2023, 20:12
Nazir müavini: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”
25-03-2023, 20:10
SOCAR BTC ilə Qazaxıstan neftinin tranzitinə başladı
25-03-2023, 20:07
Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
25-03-2023, 20:05
Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək” - FOTO
25-03-2023, 20:04
Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə edib - FOTO
25-03-2023, 20:02
Mixail Qusman ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü