SON DƏQİQƏ
gundem / hadise

Goranboyda qadını maşın vurub

Goranboyda qadını maşın vurub
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

azturktv.az-nın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü N.Ələkbərovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.