• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Mədənİyyət
  • Dİgər
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.01.23 21:04
gundem / medeniyyet
16

Mirzə Babayevin vəfatından 20 il ötür



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan estradasının banilərindən biri hesab olunan Mirzə Babayevin vəfatından 20 il ötür.

Oxu.Az bir çox mükafatların laureatı olan sənətkarın xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı.

Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.

Mirzə Babayevin özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

Onun görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

Unudulmaz, yaradıcı insan kimi yaddaşlarda qalan sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, “Şöhrət” ordeni ilə təltif edilib.

Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb. Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.

Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biri olan Mirzə Babayev ömrünün 90-cı ilində səhhətində yaranan problem səbəbindən 2003-cü il yanvarın 13-də vəfat edib.

Oxşar Xəbərlər

backend
Xalq artisti Arif Babayevin vəziyyəti necədir?
13.10.21 20:08
gundem / medeniyyet
backend
Müslüm Maqomayevin vəfatından 11 il ötür
26.10.19 21:18
gundem / medeniyyet
backend
Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək
12.02.18 19:01
gundem / medeniyyet
backend
Prezident İlhamə Quliyevanın vəfatı ilə bağlı başsağlığı verdi
26.02.16 00:00
gundem / medeniyyet
backend
Səyavuş Aslanın ölümündən 2 il ötür
24.08.15 01:27
gundem / medeniyyet

XƏBƏR LENTİ

19:56 Putin və Zelenski Türkiyəyə səfər edəcək
19:52 “Qarabağ” basketbol komandası yaradır
19:49 Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli oldu
19:47 Goranboyda minik maşını aşdı: Xəsarət alanlar var - FOTO
19:44 Daha bir qazi sağalaraq Vətənə geri dönüb - FOTO
19:42 Oğuzda avtomobil aşıb: Xəsarət alanlar var - FOTO
19:40 Laçından göz oxşayan görüntülər - FOTO
19:37 Xətaidə 53 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
19:31 Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib - FOTO
19:29 KOBİA və bp-dən KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakına dəstək - FOTO
19:27 Sabahdan bəzi qoruq və muzeylərə əcnəbilər üçün giriş qiymətlərində dəyişikliklər olacaq
19:25 Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi? - FOTO
19:22 Prezident İlham Əliyev Moldovaya səfər edib – FOTO
19:19 İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində - YENİLƏNİB + FOTO
19:16 Dünya liderləri İlham Əliyevi təbrik edirlər
19:14 Azərbaycanın Səhiyyə Nazirliyində Litva Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru ilə görüş keçirilib - FOTO
19:12 Bakıda Azərbaycan və Pakistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO
19:10 “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edildi
19:08 Yeni yaradılan publik hüquqi şəxslərə verilən üç aylıq müddət ləğv edildi - FƏRMAN
19:06 Prezidentdən “ASAN xidmət” mərkəzləri ilə bağlı FƏRMAN
19:04 Prezident Xarici İşlər Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
19:02 İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
21:46 İsxak Hersoq İlham Əliyevə səmimi qarşılamaya görə təşəkkür edib - FOTO
21:43 İlham Əliyev və İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO
21:40 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar - FOTO
Bütün xəbərlər

Video

backend
SABİRABADDA BAYRAQ GÜNU QEYD EDİLDİ.
9.11.17 - 19:26
821
backend
http://apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/bugunku-herracda-dollar-ucuzlasib-9156.html
4.04.17 - 20:56
860
backend
Göyçayda X Nar bayramı keçirilib - FOTOSESSİYA - VİDEO
8.11.15 - 01:20
773
backend
Verilişdən həmin hissəni təqdim edirik:
10.07.15 - 03:21
1 196

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Putin və Zelenski Türkiyəyə səfər edəcək
31.05.23 19:562
“Qarabağ” basketbol komandası yaradır
31.05.23 19:522
Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli oldu
31.05.23 19:492
Goranboyda minik maşını aşdı: Xəsarət alanlar var - FOTO
31.05.23 19:472
Daha bir qazi sağalaraq Vətənə geri dönüb - FOTO
31.05.23 19:442
Oğuzda avtomobil aşıb: Xəsarət alanlar var - FOTO
31.05.23 19:422
backend
Putin və Zelenski Türkiyəyə səfər edəcək
31.05.23 19:562
“Qarabağ” basketbol komandası yaradır
31.05.23 19:522
Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli oldu
31.05.23 19:492
Goranboyda minik maşını aşdı: Xəsarət alanlar var - FOTO
31.05.23 19:472
Daha bir qazi sağalaraq Vətənə geri dönüb - FOTO
31.05.23 19:442
Oğuzda avtomobil aşıb: Xəsarət alanlar var - FOTO
31.05.23 19:422

Maraqlı

backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb
backend
17.02.22 21:09
İsraildə yetişən nəhəng çiyələk “Ginnesin Rekordlar Kitabı”na düşdü
backend
4.02.22 21:45
Türkiyəli fermerlər mal-qaralarını qarla əhatə olunmuş çığırla gəzdirir - FOTO
backend
22.01.22 21:44
Gözdə erkən ölümü göstərən əlamət açıqlandı - FOTO
backend
14.01.22 20:50
Türkiyəli qardaşlar “Tofaş”la Şimal qütbünə getdilər
backend
15.12.21 21:45
Şimali Koreyada yeddi nəfər musiqi kliplərini izlədikləri üçün edam olunub

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.