• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.01.23 19:50
gundem / sosial

Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin olunması dövlətin yürütdüyü siyasətin əsas hədəflərindəndir. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam da məhz sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Həmin tədbirlər çərçivəsində minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması 700 min vətəndaşımızı əhatə edəcək. Eləcə də minimum pensiya 280 manata çatdırılacaq. Hər iki istiqamət üzrə maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalanacaq. Bundan başqa, yaxın günlərdə müavinət və təqaüdlərin artırılması da nəzərdə tutulur ki, ümumilikdə, bütün bu sosial tədbirlər 1,9 milyon vətəndaşı əhatə edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib. Millət vəkili qeyd edib ki, qiymət artımları sosial artımlarla bağlı deyil. Bunun səbəbi qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin artması ilə əlaqədardır:



“Bütün ölkələrdə qiymətlər artır və bütün bu proseslər dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edir. Yəni inflyasiyanın artması təkcə Azərbaycanın üzləşdiyi hal deyil. Bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin dayanmadan artmasından doğan qarşısıalınmaz prosesdir”.

Deputatın fikrincə, bunlara, sözsüz ki, Ukrayna-Rusiya müharibəsi daha çox təsir edir:

“Qara dəniz regionunda davam edən münaqişə ixrac tədarükündə nəqliyyat-logistika xərclərinə təsir edir, ixrac itkisi yaranır, idxal malları bahalaşır. Azərbaycan həmin malların bir qismini xaricdən idxal edir, həmçinin yerli istehsalda istifadə edilən xammallar xaricdən gətirilir. Bütün bunlar qiymət artımlarına səbəb olur”.

A.Hüseynov deyib ki, hökumət üçün antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir:

“İstehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında gündəlik ciddi monitorinqlər aparılır. Bütün bu tədbirlər qiymət artımının qarşısını almağa hesablanıb”.

Devalvasiya ilə bağlı məsələyə də münasibət bildirən A.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın 60 milyard dollar valyuta ehtiyatları, güclü təhlükəsizlik yastığı mövcuddur:

“Xarici ticarət dövriyyəsində 25 milyard dollardan artıq müsbət saldo var, ixrac idxalı üç dəfə üstələyir. 2023-cü ildə ixracda əsas yer tutan məhsul olan neftin bazar qiyməti 50 dollardan götürülüb və cari ildə qlobal bazarda neftin orta satış qiymətinin ən azı 70-80 dollar olacağı proqnozlaşdırılır. Həmçinin manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər də müəyyən edir. Hazırda ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları var. Fondun aylıq hərraca çıxartdığı vəsaitlərin həcmi təxminən 600-700 milyon dollar təşkil edir ki, bu da ayda 1-1,5 milyard dollar həcmində daxil olan valyutanın yarısından da azdır. Yəni tələbatı üç qat ödəmək potensialı var. Bütün bu amillər Azərbaycanın ixracını və xarici valyuta gəlirlərini stimullaşdırır, manata təzyiqləri minimallaşdırır. Onu da nəzərə almaq lazımdır ki, manatın real effektiv məzənnəsi beş faizdən çox möhkəmlənib. Bütün bunlar devalvasiya risklərini tamamilə sıfıra endirir”.

Oxşar Xəbərlər

backend
Sahil Babayev yeni sosial islahat proqramından danışıb
7.01.23 19:45
gundem / sosial
backend
Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını AÇIQLADI
28.02.22 20:32
gundem / sosial

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.