• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
19.06.22 19:00
siyaset

SOCAR-IN Adnan Əhmədzadə kabusu bitmək bilmir - ADI PUL QALMAQALINDA

SOCAR-IN Adnan Əhmədzadə kabusu bitmək bilmir - ADI PUL QALMAQALINDA

Ssenarist Şəfaqət Cavanşir mətbuata müraciətlə çıxış edib və SOCAR-ın da problemə aydınlıq gətirəcəyinə ümid edərək şikayətini yayıb. "Azərbaycan Reallığı" onun müraciəti olduğu kimi təqdim edir:

2019-cu ilin avqustunda hazırda ATV kanalında yayımlanan “Ofis işi” serialının redaktoru və ssenaristi kimi müqavilə bağlamışam. Lakin özünü “Cinemazadeh” şirkətinin direktoru kimi təqdim edən Cəfər Axundzadə bağladığı müqaviləyə əsasən mənin əmək haqqını tam ödəməyib.

Cəfər Axundzadəni demək olar ki, ssenari yazılan müddəti nadir hallarda görmüşəm. Çəkilişlərdə isə kefi istəyəndən istəyənə, nə zaman yuxudan durarsa, o zaman gəlirdi. Ona görə də birinci bölümə özü rejissorluq edə bilmədiyi üçün işi başqa rejissora təhvil verdi. Təəssüf ki, ölkəmizdə bir adam hərşeyşünas olmağa meyillidir. Təsəvvür edin, adam produsserdi, ancaq həm də quruluşçu rejisssor olmağa cəhd edir. Təbii sənətə hörməti olan biri hərşeyşünas olmağa cəhd eləməz. Əlimizdəki müqavilə olmasa, serial üçün yazdığımız on üç bölümlük ssenarini də öz adına çıxardar.

Əslində serialın birinci bölümü iki il bundan əvvəl ATV kanalında yayımlanıb. Sadəcə adını çəkdiyim şəxs işinə o qədər biganə və məsuliyyətsiz yanaşdı ki, ikinci bölümü kanala zamanında təhvil verə bilmədi. Heç serialın montajında iştirak eləməyib. Ssenarist yoldaşlardan biri montajda iştirak edib.

Müqaviləm də savadsızca yazılıb hazırlanıbdır. Müqavilədə redaktor kimi göstərilmişəm, amma redaktor olaraq pulumu almamışam, pulum qeyd olunmayıb. Ssenarist olaraq yazılan bənd də isə göstərilən aylıq gəlirimi tam almamışam. Və serial efirə gedir, müqavilədə yazıldığı kimi redaktor olduğum qeyd olunmayıb. Sual yaranacaq ki, müqaviləni əzəldən oxumamışammı? İşin qızğın vaxtında müqaviləni bağladılar, düzü tam oxumağa vaxtım da olmadı. Etiraf edim ki, bu mənim öz səhvimdir.

Cəfər Axundzadə şəxsi münasibətlərlə iş münasibətlərini bir-birinə qatdığı üçün peşəkarca söhbət apara bilmir. Dediyim kimi gərək bu sahənin adamı olasan ki, işini sevəsən, peşəkar da yanaşasan. Aprelin biri karantin oldu, çəkilişlər dayandı və çəkiliş heyətinə karantindən sonra işin davam edəcəyi və aylarca verilməyən maaşlarının köçürüləcəyi deyilmişdir.

İşə aidiyyatı olmayan Nərgiz adlı bir xanım vatsap qrupunda ssenaristlərin pulunun verildiyini yazdı. Təsəvvür edin, xanım 100 manatlıq avansı mənə atır və maaş olduğunu qeyd edir və mən haqlı olaraq acıqlananda, xanım mənə kitab oxumağı məsləhət görür. Təəssüf ki, incəsənət sahəsində nə qədər bu sahəyə aidiyyatı olmayan insanlar çalışır. Ona görə də kinomuz da, seriallarımız da tamaşaçının zövqünü oxşaya bilmir. Çünki işə şəxsi həyatımızı gətiririk. Və mənə kitab oxumağı məsləhət görən xanımın maaşla avansı bir-birindən ayırmamasından belə başa düşdüm ki, orta məktəbdə riyaziyyat dərsindən tez-tez qaçıb.

Cəfər xanımın işi bilməməsi üçün ona acıqlanmağımı şəxsi ədavətə çevirdi və məndən xanımdan üzr istəyib istəmədiyimi soruşdu? Təbii mən haqlı olduğum halda üzr istəmədim, fikrim də yoxdu. Başqa sahədən şirkətə özünə yaxın adam gətirirsən, öz işindir. Ya adamına işi öyrənməsi üçün şərait yaratmalısan, ya da adamının işi öyrənməyə həvəsi olmalıdır. Pulumun nə zaman verəcəyini soruşduqda isə, ” Ürəyim nə zaman istəsə o zaman verəcəm” cavabını kollektiv arasında verdi. Mən işi məhkəməyə verdikdən sonra Nərgiz adlı xanım mənə mesajla şirkətin mənə nə qədər borcu olduğunu soruşur? Sms hələ də telefonumda qalır.

Təbii mən cavab vermədim. Və məhkəməyə ilk öncə Cəfər Axundzadə və Nərgiz xanım gəldi. Nərgiz xanım hakim qarşısında hörmətsizlik elədi, hərəkətlərinə fikir vermədi, hakim acıqlandı. Cəfər isə hakim qarşısında ” Sənlə necə müqaviləm ola bilər ki, bir ildir facebookda yoxam?

Zalda olan hər kəs təəccübləndi. Təbii qarşı tərəfə izah elədim ki, facebookda müqavilə bağlanmır. İndi siz adamın məhkəməyə hansı vəziyyətdə gəldiyini özünüz təsəvvür edin.

Məhkəmədən çıxdıqdan sonra adam məni kobud şəkildə söhbətə çağırır. Elə bilin ki, razborkaya adam çağırır. Təbii mən onlara fikir vermədim və yolumla düz getdim. Kiminsə məni təhqir etdiyini eşitdim. Nərgiz xanım Cəfərin yanında, öndə əyləşmişdi, Cəfər isə deyir ki, bütün borcları verirəm. Fikir vermədim, əsəbləşib təhqirə keçdi.

Məsələnin ən gülməli tərəfi odur ki, mənə nə qədər borcları olduğunu soruşan adam məhkəmədə mənə borcu olmadığını dedi və əlində vərəqdən qəbzlər gətirib ki, xanıma borcumuz yoxdu, imza isə mənə məxsusdur. Hər birimizə də aydındır ki, başqalarının imzasını peşəkarcasına çəkən insanlar var.

Və işlədiyim müddət tez-tez şirkətin əslində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə aid olduğunu eşidirdim. Təbii mən bunu qarşı tərəfdən eşitmişəm. Məmurun şirkətlə, Cəfərlə əlaqəsi varmı, yoxmu, onu mən deyə bilmərəm. Bəlkə şirkətin direktoru özünü çalışanların gözündə ciddi göstərmək üçün məmur adından istifadə edir? Çünki hər birimizə məlumdur, hansısa məmurun kiçik də olsa biznesi ola bilməz. Mənim şikayətim adı çəkilən şirkətlədir.

Mənə bəzi adamlar savadsızcasına xəbər göndərirlər ki, mənim ədavətim guya Cəfərlədir, gedim onu məhkəməyə verim. Məgər mən Cəfərlə müqavilə bağlamışam? Mənim şəxsən onunla şəxsi ədavətim yoxdur. Adam qeyri-peşəkarlığını mənlə şəxsi ədavətə çeviribsə, bu yenə də Cəfərin problemidir, mənim yox. Mənim kiməsə borcum yoxdur ki, pulsuz ssenari yazım. Yaxud müqavilədə yazılmayıb ki, karantin olacaq, sel-daşqın olacaq, aylıq məvacibimiz ödənilməyəcək. Sonradan adamın çox insanın haqqına girdiyini öyrəndim. İndi yeni kollektivlə serialın çəkilişlərini edir. 10 bölümlük ssenari istəyib, kollektiv olaraq 13 bölüm yazıb vermişik.

Ssenarilər məndə var . Ümumiyyətlə, əllərində olsa, müqaviləmiz olmasa, serailı da ödlarına çıxardarlar.

İlk cümlə belə olsun. Müqavilə üzrə cəmi iki dəfə kassa məxaric qəbzi ilə ödəmə olub. O cür qəbzlə beş yüz adama ödəmə edildiyiylə bağlı sənəd çıxarda bilərəm. Bu sənədin vergi hüququ baxımında ciddi hesabat blankı olub-olmamasının araşdırılması ayrıca mövzudur. Halbuki ödəmə qanunveticiliyinə əsasən, nəğdsiz hesablaşmalar haqqında qanunvericiliyə əsasən bank hesabına köçürülməlidir.

Lakin nədənsə bütün bu hallara məhkəmə də göz yumub. İsi hərərəfli tam və obyektiv arasdırmayib.

Hazırda işin icraatı Bakı apellyasiya məhkəməsində gedir.

20 iyun tarixdə məhkəmə iclasi təyin edilib.

Ümidvaram ki, ədalət bərqərar olacaq və pozulmuş hüquqlarım bərpa olunacaq

Əslində məhkəmə araşdırmalıdır

AZƏRBAYCANREALLIĞI.COM

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:12 Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
22:09 Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
22:07 Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
22:03 Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:00 XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
21:56 DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
21:50 "Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
21:42 "Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
21:38 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
21:34 Ağdamda ata və iki övladı su anbarında batıb
21:27 Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
21:24 Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
21:16 İlham Əliyev Donald Trampı təbrik edib
21:14 Azərbaycan XİN ABŞ-ni təbrik edib
21:08 Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
21:31 İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
21:28 İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
21:19 Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
21:11 Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
21:06 Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
19:57 Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
19:53 Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
19:49 Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
19:43 Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
19:38 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.