• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.01.23 20:13
gundem / cemiyyet

Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB + FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha dörd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.


Belə ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 20-yə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 17-si isə Rusiya sülhməramlılarına məxsusdur.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 24 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.16:23

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 15-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 12-si isə Rusiya sülhməramlılarına məxsusdur.



11:55

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 13-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 10-u isə Rusiya sülhməramlılarına məxsusdur.
10:54

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 8 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 11-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 8-i isə Rusiya sülhməramlılarına məxsusdur.




09:17

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.08:50

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi dörd gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Oxşar Xəbərlər

backend
Eskişehirdəki soydaşlarımız Qarabağdakı ekoterrora son qoyulmasını tələb ediblər - FOTO
29.12.22 21:04
gundem / cemiyyet
backend
Azərbaycan və Fransa prezidentləri arasında telefon danışığı olub
24.12.22 11:15
gundem / siyaset
backend
XİN başçısı Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı xarici diplomatları məlumatlandırır
15.12.22 20:57
gundem / siyaset
backend
Könüllü gənclər Qarabağda ekoloji aksiyada - FOTO
14.12.22 19:41
gundem / bolge

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.