• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
22.12.22 20:32
gundem / siyaset

Bayramov Lavrova Şuşadakı etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu bildirib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

22 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, azərbaycanlı aktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi və bu, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

16:12

Dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-dən xəbər verilib.

Məlumata görə, söhbət zamanı regionda filiz yataqlarının qanunsuz istismarına görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub. Sergey Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar Xəbərlər

backend
Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb - YENİLƏNİB
8.04.22 20:32
gundem / siyaset
backend
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
21.03.22 19:56
gundem / siyaset

XƏBƏR LENTİ

19:36 Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır
19:33 Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
19:29 Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
19:25 Prezidentdən Anım Günü ilə bağlı paylaşım+Foto
19:23 Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım etdi
19:21 Prezidentin ABŞ səfəri başa çatdı
21:03 Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar
20:39 Bakıda fiqurlu konkisürmə üzrə Qran-pri turnirində idmançılar buz üstündə rəqs proqramı ilə çıxış ediblər
20:37 "Qarabağ" - "Kopenhagen" oyunu üçün biletlərin əksəriyyəti satılıb
20:34 Qusarda qadınlar üçün səyyar tibbi aksiya keçirilib
20:31 Bakıda "Türk dünyasının mədəni kodları" adlı beynəlxalq simpozium keçirilib
20:27 Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda çöl tədqiqat işləri aparılıb
20:25 Gecə klubunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
20:23 Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
20:20 Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunu müzakirə edib
20:13 Aqrar torpaqlarda inşaat üçün yol verilən həddin hesablanması qaydası təsdiqlənib
20:08 Azərbaycan Prezidenti BMT Baş katibi ilə görüşüb
19:47 Azərbaycan və Qambiya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
19:44 Ceyhun Bayramov: CICA-nın beynəlxalq təşkilata çevrilməsi prosesinə rəhbərlik etməyə davam edirik
19:40 Ceyhun Bayramov AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
19:34 Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb
19:30 Pakistanlı spiker Milli Məclisdə Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr edilən konfransa dəvət edilib
21:51 Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
21:38 Ərdoğan Nyu Yorkda Makronla görüşüb
21:30 Aİ Fələstin iqtisadiyyatının bərpası üçün 400 milyon avro ayırır
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır
27.09.25 19:36
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
27.09.25 19:33
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
27.09.25 19:29
Prezidentdən Anım Günü ilə bağlı paylaşım+Foto
27.09.25 19:25
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım etdi
27.09.25 19:23
Prezidentin ABŞ səfəri başa çatdı
27.09.25 19:21
backend
Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır
27.09.25 19:36
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
27.09.25 19:33
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
27.09.25 19:29
Prezidentdən Anım Günü ilə bağlı paylaşım+Foto
27.09.25 19:25
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım etdi
27.09.25 19:23
Prezidentin ABŞ səfəri başa çatdı
27.09.25 19:21
backend
Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır
27.09.25 19:36
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
27.09.25 19:33
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
27.09.25 19:29
Prezidentdən Anım Günü ilə bağlı paylaşım+Foto
27.09.25 19:25
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım etdi
27.09.25 19:23
Prezidentin ABŞ səfəri başa çatdı
27.09.25 19:21

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.