• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
21.12.22 18:18
gundem / siyaset

Serbiya Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanda işgüzar səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Serbiya Prezidentinin böyük marağına səbəb olub. Ali qonağın diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində ulu öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Aleksandar Vuçiç Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Sonra Serbiya Prezidenti Mərkəzdəki “Klassik avtomobil sərgisi” ilə tanış olub. Azərbaycan Avtomobil Federasiyasının və Mərkəzin birgə layihəsi olan bu sərgidə diqqətə çatdırılıb ki, avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq Serbiya Prezidenti Aleksandar Vuçiçdə xoş təəssürat yaradıb.

Oxşar Xəbərlər

backend
Serbiya prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
21.12.22 18:23
gundem / siyaset

XƏBƏR LENTİ

21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
21:51 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
21:49 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
21:47 Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
21:44 Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
21:41 Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
21:38 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
21:33 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
21:31 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
21:27 Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
21:20 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
21:16 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
21:13 Bu gün Bakının 544 küçəsi yuyulub - YENİLƏNİB
21:07 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
21:03 Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
20:58 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:55 Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
20:43 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
20:38 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
20:35 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
20:31 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
20:29 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
20:26 İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
20:24 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
17.07.26 21:14
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
17.07.26 21:08
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
11.07.26 21:51
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
11.07.26 21:49
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
11.07.26 21:47
Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
11.07.26 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.