• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
10.12.23 20:48
gundem / siyaset

Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edib - YENİLƏNİB + FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamlayıb.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verib.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!

İlk növbədə dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bugün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə (17 dekabr tarixində ölkədə parlament və bir sıra məntəqələrdə bələdiyyə seçkiləri keçiriləcək - bu səbəbdən Serbiya Prezidenti bugünkü tədbirdə çıxış etməyib - red). Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.

Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.

Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız səkkiz milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın, daha doğrusu, Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm bir milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun”.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış ediblər.

Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə salıblar.14:22

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamlayıb.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verib.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış ediblər.

Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə salıblar.

14:08

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verib.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Oxşar Xəbərlər

backend
Dubravka Cedoviç: “Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər”
10.12.23 21:17
gundem / iqtisadiyyat
backend
İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü baş tutub - YENİLƏNİB + FOTO
10.12.23 21:04
gundem / siyaset
backend
Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edib - YENİLƏNİB + FOTO
10.12.23 20:47
gundem / siyaset
backend
Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edib - YENİLƏNİB + FOTO
10.12.23 20:45
gundem / siyaset
backend
Serbiya prezidenti İlham Əliyevə zəng etdi
1.03.23 20:00
gundem / siyaset

XƏBƏR LENTİ

21:00 Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
20:58 Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
20:55 İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
20:52 ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
20:48 Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
20:46 Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
20:44 Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
20:41 Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
20:38 Bakıda ustanı elektrik cərəyanı vurub
20:36 BŞTİ: XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb
20:33 İcra Hakimiyyəti: Goranboyda sursat anbarında yanğından sonra sakinlərin evlərinə ziyan dəyməyib
20:30 Goranboy RİH: Yanğının genişlənməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilib
20:27 Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb
20:25 Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat
20:20 Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
20:14 Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
20:11 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
20:08 Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
20:05 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib
20:00 Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
19:55 Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.