• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
10.12.22 19:19
gundem / cemiyyet

Tıxacdan boğulan Bakı, boşluqdan sıxılan bölgə: Bəs paytaxtdan kim köçsün? - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Hazırda ölkədəki avtomobil parkı 1,7 milyon nəqliyyat vasitəsini əhatə edir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mətbuata verdiyi açıqlamada avtomobil parkının 70 faizdən çoxunun məhz Bakı şəhərinin payına düşdüyünü diqqətə çatdırıb.

Qurum rəsmisi onu da əlavə edib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda beş milyon nəfərə yaxın vətəndaş yaşayır, bu vəziyyət isə sıxlığa, yol infrastrukturunun yüklənməsinə səbəb olur. Ümumiyyətlə, son vaxtlar əksəriyyət Bakıdakı sıxlıq və tıxacdan şikayətlənir. Hətta mövcud problemin həlli üçün yeni yol xəritəsi təklif edənlər də az olmayıb. Ancaq nəzərdən qaçan bəzi məqamlar var.


Məlumdur ki, ölkənin əsas gəlir mənbəyi neft və qazdır. Bunlar isə Bakıda çıxarılır. Bundan əlavə, Bakı paytaxt və xarici turistlərin Azərbaycandakı əsas ziyarət nöqtəsi olduğu üçün ölkədəki əsas abadlıq işləri də məhz burada aparılır. Fabriklər, zavodlar, tikinti şirkətləri və adını çəkmədiyimiz onlarla müəssisə paytaxtda cəmləşib. Hətta kənd təsərrüfatı və heyvandarlığa diqqət ayıran mərkəz olan Kənd Təsərrüfatı Nazirliyi belə Bakıda fəaliyyət göstərir. Digər şəhər və rayonlarda əhalini məşğul edəcək müəssisələr azlıq təşkil etdiyi üçün insanlar mərkəzə üz tuturlar.

Həmçinin təhsil müəssisələrinin böyük bir hissəsi Bakıda yerləşdiyindən gənclər də Bakıda məskunlaşırlar. Yəni bugünkü sıxlıq və tıxacın bir səbəbi yol infrastrukturunun ürəkaçan olmamasıdırsa, digər səbəbi iş ehtiyacıdır.

Bəs görəsən, mövcud vəziyyətdən çıxış yolu nədir? Əhalinin bölgələrdə sıx məskunlaşmasını təmin etmək üçün hansı işlər görülməlidir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, paytaxtda tıxacın azaldılması üçün bölgələrdə iş yerlərinin sayının artırılması vacibdir:



“Bu baxımdan biz təklif edirik ki, bəzi dövlət qurumlarının, o cümlədən universitetlərin bölgələrə köçürülməsi həyata keçirilsin. Nəzərə alsaq ki, ABŞ kimi inkişaf etmiş ölkələrdə aparıcı universitetlərin əksəriyyəti kiçik şəhərlərdədir, deməli, bizdə də bunu reallaşdırmaq olar. Bu, bir tərəfdən, həmin şəhərlərin inkişafını stimullaşdırır, o yerlərə investisiyanın cəlb edilməsinə, nəticədə xidmət sektoru daxil olmaqla bir sıra sahələrin inkişafına zəmin yaradır. Digər tərəfdən də tıxacın ciddi şəkildə azalmasına töhfə verir”.

İqtisadçı bildirib ki, universitetlərin Bakıda deyil, bölgələrdə fəaliyyət göstərməsi onların təhsil istiqamətinə hər hansı mənfi təsir göstərməyəcək:

“Əksinə, bu, həmin bölgələrə marağın artmasına imkan verəcək. Ona görə də düşünürəm ki, bu istiqamətlərdə fəaliyyətin gücləndirilməsi daha məqsədəuyğun olar. Bölgələrdə iş yerlərinin yaradılması isə prioritetdir və xüsusilə özəl sektorun vasitəsilə regionlarda iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün bölgələrdə güzəştli kreditlərin həcminin artırılması, sahibkarların kredit resurslarına çıxış imkanının genişləndirilməsi vacibdir.

Mərkəzi Bankın məlumatına görə, banklar tərəfindən təqdim olunan kreditlərin 80 faizi paytaxtın payına düşür. Bu ondan xəbər verir ki, bölgələrin kredit resurslarına çıxış imkanları məhduddur. Məhdud maliyyə resursları ilə biznesin geniş inkişafı praktiki olaraq mümkün deyil. Ona görə də bölgələrdə fəaliyyət göstərən sahibkarların kredit resurslarına çıxış imkanının artırılması, girov mexanizminin təkmilləşdirilməsiylə bağlı fəaliyyətlərin davam etdirilməsi və bu istiqamətdə yeni mexanizmlərin tətbiqinə ehtiyac var.

Bundan başqa, həmin sahibkarlar üçün daha güzəştli vergi rejiminin yaradılması və bölgələrə investisiyanın təşviq edilməsi önəmlidir. Bütövlükdə, sahibkarların dəstəklənməsinin genişləndirilməsi, maliyyə resurslarının onlar üçün əlçatanlığının təmin edilməsi bölgələrdə daha çox iş yerlərinin yaradılmasının və rayonlarda məskunlaşmanın artmasına şərait yaradar. Bu da paytaxtda məskunlaşmanın azalmasına və tıxacın minimumlaşmasına gətirib çıxara bilər”.

Oxşar Xəbərlər

backend
Bakıda YPX maşını qəzaya düşdü: Polis xəsarət aldı
7.07.22 21:47
gundem / hadise
backend
Bakıda YPX maşını qəzaya düşdü: Polis xəsarət aldı
7.07.22 21:46
gundem / hadise
backend
Paytaxtda TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi açılıb
17.02.22 20:48
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.