• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.12.22 19:01
gundem / siyaset

“Azərbaycan-Türkiyə birgə təlimləri bizə güc nümayiş etdirməyə çalışanlara açıq mesajdır” - RƏY + FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


“Qardaş Türkiyə ilə keçirilən təlimlər bizi istəməyən, bizə güc nümayiş etdirməyə çalışan, hətta deyərdim ki, xəyallarında bizi qorxutmaq istəyən dövlətlərə açıq mesajdır”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi Azərbaycanın suveren hüququdur və qardaş dövlətlə aramızda olan hərbi-strateji münasibətlərdən irəli gəlir:

“Bu təlimlər iki qardaş dövlətin silahlı qüvvələrinin idarəetmə prosesinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi və eyni zamanda, təbii olaraq şəxsi heyətin professionallığının artırılmasına hesablanıb. Təbii ki, hərbi təlimlərin keçirilməsində bir hədəf də dünyaya, xüsusilə də ölkəmizə qarşı aqressiv münasibətdə olan bəzi xarici dövlətlərə hərbi potensialımızı nümayiş etdirməkdir”.


Deputat Azərbaycanın hərbi qüdrətini iki il əvvəl, 44 günlük müharibə ərzində bütün dünyaya nümayiş etdirdiyini xatırladıb. O bildirib ki, Silahlı Qüvvələrimiz Ermənistanın illər ərzində əliyalın əhalimizə qarşı hücumları, terror aktları ilə ələ keçirdiyi, 30 ilə yaxın müddətdə möhkəmləndiyi torpaqlarımızı cəmi 44 günə azad etməklə dünya hərb tarixinə adını yazdırıb:

“Azərbaycan Ordusunun müasir müharibə taktikası dünyanın hərbi mərkəzləri tərəfindən öyrənilməyə başladı. Başqa sözlə, biz gücümüzü və hərbi potensialımızı dünyaya göstərdik. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, silahlı qüvvələr daim yenilənməli, müasirləşməli, profesionallığını artırmalı və təbii ki, texniki təchizatını təkmilləşdirməlidir. Hazırda keçirilən təlimlər həm də bu məqsədə xidmət edir”.

E.Allahverdiyev bildirib ki, Türkiyə ilə keçirilən bu təlimlər bizi istəməyən, bizə güc nümayiş etdirməyə çalışan, hətta xəyallarında bizi qorxutmaq istəyən dövlətlərə açıq mesajdır:

“Birincisi, bizi heç nə ilə, o cümlədən sərhədlərimizdə keçirdiyiniz təlimlərlə qorxuda bilməzsiniz. Bu, birmənalıdır. Müasir silahımız da var, peşəkar, müharibə qalibi olmuş şəxsi heyətimiz də, güclü müttəfiqlərimiz də. İkincisi, bizə güc göstəririsinizsə, buyurun, indi siz bizim qüdrətimizi izləyin. Beş-altı aya sərhədlərimizdə 30 ildir keçirmədiyiniz təlimləri reallaşdırmışdınızsa, bunu biz də edə bilərik, necə ki edirik. Bu baxımdan, təlimlərin həyata keçirildiyi bölgə, sınaqdan çıxarılan ssenarilər təsadüfi deyil. Kimin ordusunun nəyə qadir olduğu, geridəqalmışlığı, yaxud müasirliyi, hansı silahla təchiz olunduğu – ötən əsrin 70-80-ci illərinin, yoxsa XXI əsrin hərbi texnikasından istifadə etdiyi aşkar görünür ki, bunun üçün vizual müşahidə yetərlidir”.

“Yəqin, İranın son təlimlərində Araz çayı üzərindən ponton körpülərin atılması ilə keçidini nümayiş etdirməsini heç kim unutmayıb. Açığı, mən həm pontonun özü, həm üzərindən keçən texnikanın köhnəliyi, həm bu əməliyyatın özünün hansı səviyyədə həyata keçirilməsi səhnəsinin olduğu kadrları yayımlamazdım. Ancaq indi baxsınlar bunu bizim Silahlı Qüvvələrimiz necə edir. Həmin ponton körpünün üstündən hansı növ texnika keçir.

Azərbaycan o dövlətlərdən deyil ki, onunla hədə dilində danışılsın. Bizim ordumuzun bu qədər güclü olmadığı, iqtisadiyyatımızın, maddi imkanlarımızın zəif olduğu dövrdə, torpaqlarımızın işğal altında olduğu illərdə belə təhdidlərə boyun əyməmişik. İran indi hərbi təlimlər, diplomatik təzyiqlər yolu ilə etdiyini vaxtilə Xəzərdə güc nümayişi ilə etmişdi. Nə oldu?! Qardaş Türkiyənin hərbi təyyarələri Bakı səmasında uçuşlar edən kimi bu hədələrə son verildi. İndi cavab vermək üçün bütün imkanlarımız, üstəgəl, güclü dostlarımız, strateji tərəfdaşlarımız var. Prezident bu yaxınlarda çıxışlarından birində Türkiyə və Azərbaycan ordularının birliyi mövzusuna da toxundu. Yəni bizi təhdid edənlər bu gerçəkliyi nəzərə almalıdırlar”, - E.Allahverdiyev vurğulayıb.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.