• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.11.22 19:11
gundem / siyaset

İlham Əliyev Moldovanın ölkəmizə yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB + FOTO







MƏHƏBBƏT ALLAHVEREDİYEV azturktv.az
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Aleksandr Esaulenko Azərbaycan dilində deyib:

“Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim”.

Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğulayıb və konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlətimizin başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib.

Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdiriklərini vurğulayıb.

Dövlətimizin başçısı səfir Aleksandr Esaulenkonun fəaliyyəti dövründə əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Aleksandr Esaulenko Moldova Prezidenti Maya Sandunun dövlətimizin başçısına salamlarını və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Moldova Respublikasının rəhbərliyi Moldova-Azərbaycan dövlətlərarası münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə çox böyük diqqətlə yanaşır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş edib.

Səfir əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı təmasların rolunu vurğulayıb. Bu xüsusda, Moldovanın Baş naziri, parlament sədri və digər rəsmi şəxslərinin ölkəmizə səfərlərinin əhəmiyyətinə toxunub. Aleksandr Esaulenko vurğulayıb ki, Moldova siyasi, iqtisadi və digər sahələrdə Azərbaycanla əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır.

13:06

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:12 Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
22:09 Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
22:07 Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
22:03 Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:00 XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
21:56 DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
21:50 "Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
21:42 "Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
21:38 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
21:34 Ağdamda ata və iki övladı su anbarında batıb
21:27 Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
21:24 Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
21:16 İlham Əliyev Donald Trampı təbrik edib
21:14 Azərbaycan XİN ABŞ-ni təbrik edib
21:08 Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
21:31 İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
21:28 İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
21:19 Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
21:11 Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
21:06 Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
19:57 Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
19:53 Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
19:49 Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
19:43 Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
19:38 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.