• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.10.22 20:23
gundem / siyaset

Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasdan əvvəl Baş nazir Əli Əsədov və MDB Hökumət Başçıları Şurasının digər üzvləri Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər.

MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edən Baş nazir Ə.Əsədov qeyd edib ki, qlobal sosial-iqtisadi çağırışlar və onların mənfi nəticələrinin aradan qaldırılmasının zəruriliyi şəraitində Azərbaycan Respublikası MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət səviyyəsində məhsuldar sıx təmasların davam etdirilməsinə böyük önəm verir.

Qeyd olunub ki, ötən illər ərzində Birlik bir çox sahələrdə qarşılıqlı fəaliyyət üçün faydalı format kimi özünü sübut edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir.

“Bizim demək olar ki, bütün üzv ölkələrlə sıx iqtisadi əlaqələrimiz var. Sevindirici haldır ki, pandemiya zəiflədikcə Azərbaycanın MDB-yə üzv olan dövlətlərlə xarici ticarətinin həcmində artım müşahidə olunur. Belə ki, bu il ticarət dövriyyəsi 30% artıb”, - deyə Ə.Əsədov bildirib.

Nəqliyyat sektorunda əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanda milli iqtisadiyyatın intensiv inkişaf edən və perspektivli seqmenti kimi nəqliyyat sektoruna xüsusi diqqət yetirilir.

Azərbaycan öz nəqliyyat potensialını fəal şəkildə inkişaf etdirməklə “Şimal-Cənub”, “Şərq-Qərb”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin həyata keçirilməsinə mühüm töhfə verir.

44 günlük müharibənin başa çatmasından sonra regionda yaranan yeni reallıqlar iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın qurulmasına müsbət təsir göstərir.

Qeyd olunub ki, Qarabağ münaqişəsinə son qoyulması iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaradıb ki, bu da Birlik ölkələri də daxil olmaqla iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Ə.Əsədov Azərbaycanın 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlara, o cümlədən regional nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli İşçi qrupun və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın işinə sadiqliyini bir daha təsdiqləyib.

Zəngəzur dəhlizinin açılmasından sonra rayonun cəlbediciliyinin xeyli yüksələcəyi, bunun, tranzit imkanlarını bir neçə dəfə artıracağı və bütövlükdə investisiya mühitinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Bildirilib ki, 2021-2022-ci illərdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün təqribən 3 milyard ABŞ dolları məbləğində vəsait ayırıb, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində fəal iş aparılır.

“İşlərin miqyası və onların həyata keçirilmə müddəti bizim işğaldan azad edilmiş əraziləri bərpa etmək və inkişaf etdirmək əzmimizi əyani şəkildə nümayiş etdirir ki, bu da regionda münaqişədən sonrakı sabitliyə töhfə verir”, - deyə Ə.Əsədov əlavə edib.

Oxşar Xəbərlər

backend
Əli Əsədov Astanada Qazaxıstan Prezidenti ilə görüşüb - FOTO
28.10.22 20:21
gundem / siyaset

XƏBƏR LENTİ

23:04 Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib
22:59 Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib
22:54 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
22:49 Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər
22:44 Baş nazir Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
22:39 Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb
22:24 Türkiyə Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:20 Zelenski: Rusiya ilə hər tərəfdən 1200 məhbusun mübadiləsinə hazırlıq gedir
22:16 İran və Pakistan arasında 12 əməkdaşlıq sənədi imzalanıb
22:12 Türkmənistanda beynəlxalq konfransda “Azərbaycan Milli Günü” keçiriləcək
22:07 Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
22:02 "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turnirinə yekun vurulub
21:59 "Beşiktaş"ın futbolçusu İtaliya klubuna keçib
21:55 Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
21:52 Xırdalanda fəhlə binadan yıxılaraq ölüb
21:49 Bu gün 720 namizəd dövlət qulluğu üzrə imtahan verib - YENİLƏNİB
21:45 Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb
21:42 “Haber Global”: Azərbaycan qazı Suriyaya ümid verir
21:40 Səkkiz OPEC+ ölkəsi neft hasilatını artırmağı planlaşdırır
21:38 Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib
21:32 Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
21:25 Dörd ölkə Azərbaycan qazının Suriyaya nəql olunması ilə bağlı birgə açıqlama yaydı
21:19 MEDİA: Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır
21:15 Ömer Çelik: Azərbaycan qazının nəqli Suriyada sosial həyatının bərpası baxımdan əhəmiyyətlidir
22:02 Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib
4.08.25 23:04
Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib
4.08.25 22:59
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
4.08.25 22:54
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər
4.08.25 22:49
Baş nazir Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
4.08.25 22:44
Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb
4.08.25 22:39
backend
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib
4.08.25 23:04
Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib
4.08.25 22:59
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
4.08.25 22:54
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər
4.08.25 22:49
Baş nazir Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
4.08.25 22:44
Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb
4.08.25 22:39

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.