• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.10.22 20:30
gundem / iqtisadiyyat

Dövlət Neft Fondunun gəlir və xərclərinin məbləği AÇIQLANDI



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

2022-ci il sentyabrın 30-na Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.80% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib.

Oxu.Az Fonda istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 542,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16.8 milyon manat təşkil edib.

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil edib.

Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir edib.

Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olub.

Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olub.

Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunub.

Oxşar Xəbərlər

backend
Hesablama Palatası: “ARDNF-in büdcəsində 2,7 mlrd dollardan çox profisit yaranıb”
10.06.22 20:52
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.