• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.10.22 20:16
gundem / siyaset

Dezinformasiyaya görə cəza - RƏY


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Dezinformasiya ilə mübarizə çərçivəsində bir çox aparıcı ölkələrin qanunvericiliyində də müvafiq qaydalar təsbit edilib. Türkiyədə qəbul olunan tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır”.

Bunu “Report”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O bildirib ki, sosial media müxtəlif və fərqli yanaşmaları özündə əks etdirən rəngarəng palitranı göz önündə canlandırmaqdadır:

“Bu, bir tərəfdən hərtərəfli və müxtəlif yöndən baxışları, plüralizmi və fikir müxtəlifliyini əks etdirməsi ilə müsbət qəbul edilə bilərsə, digər tərəfdən mənfi yönləri ilə də narahatlıq doğurur. Məsələn, əsasən gənc və yeniyetmələrə neqativ yöndən mənfi psixoloji təsir göstərən yazılar və ya paylaşımlar buna misal ola bilər. Bura informasiya ilə manipulyasiya və məqsədli dezinformasiya yayımı problemlərini də şamil etmək lazımdır. Ümumiyyətlə günümüzdə dezinformasiya və bilgi çirkliliyi ən vacib problem olaraq qalmaqdadır”.


Sədr müavini qeyd edib ki, ümumiyyətlə rəqəmsal alətlər insanların həyatını asanlaşdıra bilsə də, siyasi, sosial və iqtisadi məqsədlər üçün saxta və ya yönləndirici xəbərlər yaymağa çalışan fərdlər və qruplar üçün müəyyən əlverişli imkanlar da yaratmaqdadır:

“Bu kontekstdə dezinformasiyaya əsaslanan məzmun trol və bot (saxta) hesablar, “Facebook” və “Twitter” kimi məşhur sosial media platformalarında yönləndirici kontent, audio və video üzərində manipulyasiyalar və kiberpirat fəaliyyətləri vasitəsilə rəqəmsal kommunikasiya şəbəkələrində sürətlə yayıla bilir. Bu isə mediaya və xəbərlərə inamın azalmasına, istifadəçilərin müəyyən sosial, siyasi və ya iqtisadi məqsədlərlə manipulyasiyasına, insanların qərar qəbul etməsinə mənfi təsir göstərməsinə, şübhəli məlumatlar əsasında ictimai rəyin yönləndirilməsinə gətirib çıxarır”.

Dekan vurğulayıb ki, dezinformasiya ilə mübarizə çərçivəsində bir çox aparıcı ölkələrin qanunvericiliyində də müvafiq qaydalar təsbit edilib:

“Almaniyada internet qanunu, sosial media ilə bağlı Şəbəkə Mühafizə Qanunu (NetzDG), Fransada İnformasiyanın Manipulyasiyası ilə Mübarizə Qanunu buna misal ola bilər. Eyni zamanda Avropa İttifaqının Süni intellekt üzrə Uyğunlaşdırılmış (təklif) Qaydaları dezinformasiyaya/manipulyasiyaya səbəb ola biləcək məzmunun istehsalında süni intellekt proqram təminatının istifadəsi ilə bağlı ətraflı tənzimləmələri ehtiva edir”.

“Türkiyədə qəbul edilən qanun da bu mənada əslində, sosial media platformalarında mövcud olan xəbər çirkliliyi və dezinformasiyalarla mübarizənin aparılması baxımından müsbət qəbul edilməlidir. Xüsusi vurğulamaq lazımdır ki, bu tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır. Əksinə, məqsədli bilgi yönləndirmələri, informasiya manipulyasiyaları, eləcə də dezinformasiyaların qarşısını alır”, V.Zifəroğlu əlavə edib.

Oxşar Xəbərlər

backend
Mətbuat Şurası İdarə Heyətinin yeni sədri seçildi - YENİLƏNİB + FOTO
25.09.22 20:37
gundem / siyaset
backend
Saytlar istinadla bağlı MEDİA-ya şikayət edirlərmi? - AÇIQLAMA
18.04.22 21:02
gundem / cemiyyet

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.