Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO
gundem / cemiyyet
Oxunub: 10
2 okt 2022 | 20:04





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Yaşar Sadıqov, Elşad Həsənov, Vüqar Nəcəfov, Həsənağa Abdullazadə, Vüqar Babayev və İmran Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklil qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Dünən, 20:04
Türkiyədə məktəblərə bu səbəbdən 5 gün tətil verildi
Dünən, 20:00
FİFA Serbiya və Xorvatiyanı cərimələdi - FOTO
Dünən, 19:57
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb
Dünən, 19:53
Direktordan Kukla Teatrında aparılan yoxlamalarla bağlı AÇIQLAMA
Dünən, 19:48
Artıq “YAŞAT” Fonduna yardım edənlər sertifikat alacaqlar
Dünən, 19:43
Reanimasiyaya yerləşdirilən Aftandil İsrafilovdan xoş xəbər var
Dünən, 19:40
DİM-dən imtahanlarla bağlı YENİLİK
Dünən, 19:38
Biləsuvarda avtomobil aşıb: Dörd nəfər xəsarət alıb
Dünən, 19:30
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarladı
Dünən, 19:28
İlin sonunadək Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayacaq
Dünən, 19:25
Özbəkistan Rusiya ilə “qaz ittifaqı”ndan imtina etdi
Dünən, 19:21
Ceyhun Bayramov Öcal Oğuzla görüşdü - FOTO
Dünən, 19:16
Prezident prokurorluq işçiləri ilə bağlı qanunda dəyişiklik etdi
Dünən, 19:11
Meksikanın yeni səfiri Bakıya gəldi
Dünən, 19:09
Cahit Bağçı Bakıdakı Türkiyə xüsusi təyinatlıları ilə görüşüb - FOTO
Dünən, 19:07
Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşüb - FOTO
Dünən, 19:02
Aygün Attar: “UNESCO ermənilərin Qarabağdakı vəhşiliklərinə göz yumub”
Dünən, 18:59
Hərbi Prokurorluqda ümummilli liderin anım mərasimi keçirilib - FOTO
Dünən, 18:54
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçirildi - FOTO
Dünən, 18:51
İlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniyanın Baş nazirinə hədiyyə edib - FOTO
Dünən, 18:49
Azərbaycan Prezidenti: “Biz Tiranada səfirlik açırıq”
Dünən, 18:47
Azərbaycanın baş prokuroru Rusiyada səfərdədir - FOTO
Dünən, 18:45
İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
Dünən, 18:43
Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək
6-12-2022, 19:53
"Altın Kelebey"i Azərbaycandan onlar aldı
6-12-2022, 19:49
Zelenski Donbasdan xalqa müraciət etdi
6-12-2022, 19:46
Putin Kırım körpüsünə baş çəkib