• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.09.22 20:37
gundem / cemiyyet

Media Reyestrinə hansı jurnalistlər daxil ediləcəklər və nə kimi güzəştlər olunacaq? - MÜSAHİBƏ + FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Media Reyestri jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək, media subyekti və jurnalistlərin əhatə dairəsi müəyyən olunduqca güzəştli kreditlər də daxil olmaqla dövlətin tətbiq etdiyi digər imtiyazlardan da faydalana biləcəklər”.

Bu sözləri Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova Trend-ə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Pərvanə xanım, artıq Media Reyestrinin aparılması Qaydaları təsdiq olundu. Sizcə, Reyestrin əhəmiyyəti nədən ibarət olacaq?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Media Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb. “Media haqqında” Qanunun 73.6-cı maddəsinin icrası məqsədilə təsdiq olunmuş Qaydaların məqsədi Media Reyestrinin aparılmasının təşkilati və hüquqi aspektlərini tənzimləməkdən ibarətdir.

2022-ci il 8 fevral tarixində “Media haqqında” Qanunun təsdiqindən sonra Media Reyestrinin aparılması üçün həm hüquqi, həm də proqram təminatı baxımından müəyyən işlər həyata keçirilib. Qaydaların təsdiq edilməsi ilə hüquqi təminatın ilkin mərhələsi istiqamətində növbəti mərhələ yekunlaşıb və hazırda Reyestrin proqram təminatının hazırlanması üzrə işlər başa çatmaq üzrədir.


Fərmana əsasən, elektron informasiya ehtiyatı kimi Media Reyestri yaradılır və media subyektləri, onların redaksiyaları, jurnalistlər haqqında məlumatlar reyestrə daxil edilir. Reyestrə daxil edilmiş media subyektlərinə Media Reyestri Şəhadətnaməsi, jurnalistlərə isə vəsiqə veriləcək.

Şəhadətnamənin müddətsiz, jurnalist vəsiqəsinin isə 3 il müddətinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, jurnalist vəsiqəsinin verilməsi media subyektlərinin özləri tərəfindən əməkdaşlarına vəsiqə vermək hüququnu istisna etmir və jurnalistlərin reyestrə daxil edilməsi tamamilə könüllü xarakter daşıyır.

- Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər üçün hansısa güzəşt və imtiyazlar nəzərdə tutulurmu?

- Öncəliklə vurğulamaq istərdim ki, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək. Sizin də qeyd etdiyiniz kimi, Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Yəni Media Reyestri jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək, media subyekti və jurnalistlərin əhatə dairəsi müəyyən olunduqca güzəştli kreditlər də daxil olmaqla dövlətin tətbiq etdiyi digər imtiyazlardan da faydalana biləcəklər. Ümumiyyətlə, Media Reyestrinin aparılması gələcəkdə media subyektləri və jurnalistlər üçün müxtəlif layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslandırılmasını formalaşdırmağa imkan verəcək, media sahəsində keyfiyyətli xəbər istehsalının təmin olunmasına, müəllif hüquqlarının qorunmasına, sağlam rəqabət mühitinin yaranmasına təsirsiz ötüşməyəcəkdir.

- Media Reyestrinə daxil edilmək üçün nəzərdə tutulan tələblərə də aydınlıq gətirərdiniz…

- Bəli, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bir daha qeyd etmək istərdik ki, Media Reyestri jurnalistlər üçün könüllüdür və Reyestrə daxil edilmək üçün müraciət etməyən, o cümlədən orta təhsilli jurnalistlər də öz peşə fəaliyyətini sərbəst şəkildə davam etdirə biləcək.

Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir. Ümumiyyətlə, staj anlayışı məhz əmək müqaviləsi ilə rəsmiləşdirilmiş münasibətlərə şamil olunan anlayışdır.

Oxşar Xəbərlər

backend
“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY + FOTO
27.09.22 20:51
gundem / cemiyyet
backend
Saytlar istinadla bağlı MEDİA-ya şikayət edirlərmi? - AÇIQLAMA
18.04.22 21:02
gundem / cemiyyet
backend
Nazirlər Kabineti Media Reyestri şəhadətnaməsinin formasını təsdiqləyəcək
8.02.22 20:20
gundem / siyaset

XƏBƏR LENTİ

20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
19:55 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
19:49 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
19:46 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
19:39 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
19:29 Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
19:25 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
19:21 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
19:18 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
19:13 Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
19:09 Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.