Azərbaycan Fransaya nota verdi
gundem / siyaset
Oxunub: 4
19 sen 2022 | 21:00

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

19 sentyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə uyğun olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.
Bu gün, 19:42
Azərbaycan XİN-dən Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına CAVAB
Bu gün, 19:39
İlham Əliyev Sofiyadakı açılış mərasimində çıxış edib - YENİLƏNİB + FOTO
Bu gün, 19:37
TBMM sədri: “Azərbaycanla tarixi ortaq əməkdaşlıq milli vəzifədir”
Bu gün, 19:35
İlham Əliyev Sofiyada Rumıniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
Bu gün, 19:32
Prezident İlham Əliyevin şərəfinə nahar verilib - YENİLƏNİB + FOTO
29-09-2022, 21:01
Ərdoğanla Putin Ukraynanı müzakirə edib - YENİLƏNİB
29-09-2022, 20:59
Ərdoğan: "Nüvə müharibəsinin qarşılığı fəlakətdir"
29-09-2022, 20:57
Çavuşoğlu Yunanıstanı hədələdi
29-09-2022, 20:55
Türkiyə Azərbaycana görə Ermənistanla danışıqları təxirə saldı
29-09-2022, 20:53
Alla Puqaçova Rusiyanı tərk etdi
29-09-2022, 20:51
İTV “Avroviziya” mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı məlumatlara münasibət bildirib
29-09-2022, 20:48
Azərbaycan taekvondoçusu Avropa çempionu oldu - FOTO
29-09-2022, 20:46
Azərbaycan derbisi: Biletlərin qiyməti AÇIQLANDI
29-09-2022, 20:43
Şəhla Həsənova: “İl ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib” - FOTO
29-09-2022, 20:37
Media Reyestrinə hansı jurnalistlər daxil ediləcəklər və nə kimi güzəştlər olunacaq? - MÜSAHİBƏ + FOTO
29-09-2022, 20:34
Gəncədə iki sərnişin avtobusu toqquşdu
29-09-2022, 20:32
Zəngilan aeroportunun açılacağı tarix məlum olub
29-09-2022, 20:31
Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır
29-09-2022, 20:29
Azərbaycanda daha 149 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib - FOTO
29-09-2022, 20:27
Kürdəmirdə BMW yoldan çıxaraq aşdı: Xəsarət alanlar var - FOTO
29-09-2022, 20:14
Dünya Bankı Ukraynaya külli miqdarda ianə ayırdı
29-09-2022, 20:12
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlandı - FOTO
29-09-2022, 20:10
2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM
29-09-2022, 20:07
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanın müdafiə naziri ilə görüşdü - FOTO
29-09-2022, 20:05
XİN rəsmisi erməni təxribatları barədə: “Danışıqları pozmaq üçün yeni bəhanədir” - FOTO
29-09-2022, 20:03
Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözləyirlər”
29-09-2022, 20:01
“Elektron kənd təsərrüfatı” informasiya sistemi baytarlıq xidmətini də əhatə edəcək