• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.09.22 21:27
gundem / siyaset

İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb - YENİLƏNİB + FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

Bu barədə Prezident.az xəbər verir.

Məlumata görə, görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuz illik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğuladı.

Baş nazir Şahbaz Şərif bu görüşdən məmnunluğunu ifadə etdi, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Prezident Arif Alvinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.

Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi.

“Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, - deyə Pakistanın Baş naziri qeyd etdi.

Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.


08:57

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

Bu barədə Prezident.az xəbər verir.

Oxşar Xəbərlər

backend
Prezident İlham Əliyev Səmərqənddə Çin lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
15.09.22 20:00
gundem / siyaset
backend
Pakistanın baş naziri Əli Əsədova məktub ünvanlayıb
7.07.22 21:11
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib - YENİLƏNİB
30.06.22 20:36
gundem / siyaset

XƏBƏR LENTİ

19:47 Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
19:39 Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
19:34 Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
19:29 Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
19:25 Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
20:27 Bu gün Prezident İlham Əliyevin doğum günüdür
20:20 Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
20:15 Gələn ilin yanvar-fevral aylarında Ağdama 1164 ailə köçürüləcək
20:13 Prezident: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
20:11 İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
20:05 İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB
19:59 Şavkat Mirziyoyev: Əminəm ki, Azərbaycanla gələcəkdə də əlaqələr uğurla inkişaf edəcək
19:58 Rusiya Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:56 Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3
19:51 İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
19:49 Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib
19:46 İrakli Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
19:44 Kasım-Jomart Tokayev ad günü münasibətilə Azərbaycan Prezidentinə zəng edib
19:42 Ərdoğan Azərbaycan Prezidentini doğum günü münasibətilə zəng edib
19:40 İsrail Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:38 Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır
19:36 Macarıstanın Baş naziri İlham Əliyevi təbrik edib
19:33 Sadır Japarov İlham Əliyevə: Qırğızıstana qarşıdan gələn səfəriniz çərçivəsində münasibətlərin inkişafı üçün zəmin yaradacağıq
19:31 Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
19:27 Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.