• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.09.22 21:13
gundem / cemiyyet

Jestlərlə ünsiyyət bacarığı: Bədənimizin dilini nə qədər bilirik? – ARAŞDIRMA



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Son zamanlar leksikonumuza yeni ifadələr daxil olur. Bunlardan daha mütəmadi rastlaşdıqlarımızdan biri “bədən dili” ifadəsidir. Bəs bədən dili nədir?

Bu barədə “Kaspi” qəzetində maraqlı məqalə yayımlanıb.

Bədən dili bir ünsiyyət vasitəsidir. Sözlərdən ibarət olmayan bu vasitə bəzən sözdən daha güclü effektə malik olur. Həm söz, həm də bədən dilindən istifadə edə bilən insanlar, ünsiyyətdə bir addım öndə olurlar. Çünki fikirlərini, düşüncələrini daha dəqiq və effektiv şəkildə çatdıra bilirlər. Bədən dili əl-qol hərəkətləri, üz mimikaları, göz hərəkətləri ilə özünü ifadə edir. Bütün bunlar kompleks şəklində olanda insan qarşısındakı insanı, hətta deyərdim ki, ovsunlaya da bilir. Bəzən isə sözlərin ifadə edə bilmədiyini məhz bədən dili rahat və dolğun şəkildə çatdıra bilir. Amma burda bir məsələ var ki, bədin dilindən, əl-qol hərəkətlərindən ifrat dərəcədə istifadə etmək olmaz. Yəni danışıq zamanı, əslində, nə tamam sakit, sabit və tərpənişsiz dayanmaq, nə də həddindən artıq hərəkətli olmaq işə yarayır. Hər ikisi qarşınızdakı insanı sıxa, narahat edə bilər. Bundan qaçmaq üçün, necə deyərlər, qızıl ortanı tapmaq lazımdır.

Gəlin bir neçə məşhur bədən dili hərəkətlərindən danışaq. Məsələn, deyirlər ki, gözlər qəlbin aynasıdır. Elə gözləri götürək. Bir adamla danışanda danışıq istər iş, istər dost, istər sevgi münasibəti üzərində olsun, fərq etməz, gözləri çox o yana-bu yana qaçırırsınızsa, qarşıdakı adam sizin yalançı olduğunuzu düşünər. Amma dirəşib adamın gözünün içinə baxmaq da yaxşı deyil. Onda da qarşınızdakı adam bundan narahat olacaq və sizinlə söhbətdən yayınmağa cəhd edəcək. Nəticədə siz müsbət heç nə əldə edə bilməyəcəksiniz. Dediyim kimi, burada qızıl ortanı tapmaq lazımdır. Həddindən artıq əl-qol hərəkətləri də hər hansı bir mövzuda danışdığınız adamı narahat edə bilər. Çünki o zamanın həmin adamın fikri gedən söhbətdən yayınacaq, fikirlərini cəmləyə bilməyib söhbətdən uzaqlaşmağa çalışacaq. Ümumiyyətlə, danışanda səs tonuna da nəzarət etmək lazımdır. Səs tonu söhbətə uyğun tərzdə olmalıdır. Yəni səsin də söz və hərəkətlər kimi əhəmiyyəti böyükdür. Belə deyək ki, hər şey bir-birini tamamlamalıdır.

Bədən dili son dönəmlərdə ədəbiyyatda da özünü təzahür edir. Belə ki, bu mövzuda həddindən artıq kitablar var. İnsanlar motivasiya kitabları ilə yanaşı, eyni zamanda bu cür kitablara da müraciət edirlər. Çünki indiki gənclik düşünür ki, həm özünü anlada bilmək üçün, həm də qarşı tərəfi yaxşı anlaya bilmək və aldanmamaq üçün bədən dilindən istifadə etmək lazımdır.

Bədən dili haqqında olan kitablardan ən məşhurlarından biri Allan Pizin “Bədən hərəkətlərinin dili”dir. Bu, son 10-20 ilin dünya bestsellerinə çevrilən, 26 dilə tərcümə olunan və artıq 12 milyondan çox nüsxə çap olunan bir kitabdır. Kitab oxucunun qarşısında yeni üfüqlər açır, onu yeni dünyaya gətirir, fikrini bəlkə də indiyə qədər diqqət yetirmədiyi sadə şeylərə yönəltməklə yeni-yeni bilgilər verir.

Yevgeniya Şestakovanın “Nitqdən daha çox. Mimika, jest və intonasiyanı idarə etmək” kitabı da maraq doğuran ədəbiyyatlardandır. Kitabda 80% informasiyanın sözdən çox, jest, mimika və intonasiya ilə ötürülməsindən danışılır. Təcrübəli natiqlər onları düzgün və uyğun şəkildə dəyişməklə auditoriyanın diqqətini cəlb edə, inandıra və hətta müəyyən bir ovqat da yarada bilirlər. Kitabı oxumaqla başqalarının hərəkətlərinin arxasında nələrin dayandığını, həmçinin də mimikalarını, intonasiyaları düzgün idarə etməyi öyrənmək olar.

Lillian Qlassın “Mən sizin fikirləri oxuyuram” adlı kitabı da sevilən, çox satılan nəşrlərdəndir. Əgər telepatlara paxıllığınız tutursa, başqa bir insanın daxili dünyasını bilmək, öyrənmək, düşüncələrini oxumaq istəyirsinizsə, bu kitab məhz sizin üçündür, dostlar. Məşhur psixoloq Lillian Qlassın kitabını oxuyub insanları açıq-aydın görə bilərsiniz. Öz jestlərinizi, hərəkətlərinizi istədiyiniz kimi idarə edə bilərsiniz.

Jossef Messinjerin “Jestlərin lüğəti” kitabı da bir başqa yöndən diqqəti cəlb edir. Hamıya məlumdur ki, insan əgər həyatını dəyişmək istəyirsə, birinci əməllərindən başlamalıdır. Əməllər deyəndə, bəlkə, elə hərəkət və jestləri nəzərdə tutaq? Bu, başqa bir obrazın, başqa bir insanın yaranması, formalaşması üçün elə ilk addım ola bilər. Bu unikal kitab sizə insanlarla ünsiyyəti rahatlaşdıracaq, işdə, eşqdə uğur gətirəcək. Hansı söz və jestlərin başqalarının gözündə sizi ucalda, hansı sözlərin isə gözündən sala biləcəyini öyrənəcəksiniz. Üstəgəl də hansı hərəkət və jestlərin əks cinsdə maraq oyadacağını görəcəksiniz. Bununla yanaşı, başqa adamların 1000-dən çox jestinin mənasını öyrənə, onları fərqləndirə biləcəksiniz. Özünüzü cəmiyyət içində, insanlar içində rahat və sərbəst hiss edəcəksiniz. Qısası, oxumağa dəyər.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.