Ceyhun Bayramov Türkmənistanın yeni səfirini qəbul edib - FOTO
gundem / siyaset
Oxunub: 5
4 avq 2022 | 20:56


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Elyasov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib. Nazir Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb.

Səfir Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib. Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib və səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov Səfir Elyasova Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Dünən, 21:47
ASCO-nun “Azərbaycan” kran gəmisi “Abşeron” yatağındakı işlərə cəlb olunub
Dünən, 21:43
BP: “Şahdəniz “Alfa” platformasından hasilat 14 günlüyünə dayandırılır”
Dünən, 21:35
İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib - YENİLƏNİB
Dünən, 21:30
Parlament partiyalarından yeni təşəbbüs – Sahibə Qafarova tapşırıq verdi
Dünən, 21:24
Azərbaycan XİN-dən Misirə başsağlığı MESAJI - FOTO
Dünən, 21:08
Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi
Dünən, 21:05
Dövlət Komitəsində Zabux və Sus kəndlərinin bir qrup sakini ilə görüş keçirilib
14-08-2022, 22:09
İslamiada: Üzgüçümüz gümüş medal qazandı
14-08-2022, 22:06
“Neftçi” “Kəpəz”i beş qola qonaq etdi – YENİLƏNİB
14-08-2022, 22:01
Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14-08-2022, 21:54
“Qoca avtomobil”i gözləyən aqibət: Utilizasiya prosesi necə gedəcək? – RƏY
14-08-2022, 21:51
Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB + FOTO
14-08-2022, 21:48
Azərbaycanda son sutkada 518 nəfər COVID-19-a yoluxub – FOTO
14-08-2022, 21:42
Haber Global: “Azərbaycan Prezidentinin Şimali Kipr rəhbəri ilə görüşü Yunanıstanı təşvişə saldı”
14-08-2022, 21:37
Pakistan səfiri: “İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm” - FOTO
14-08-2022, 21:34
İlham Əliyev: “Bizi heç kim dayandıra bilməz”
14-08-2022, 21:32
Azərbaycan Pakistanı təbrik edib - FOTO
14-08-2022, 21:29
Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri davam edir - FOTO
14-08-2022, 21:25
Rusiya Avropada ikitirəlik yaratmağa çalışır
14-08-2022, 21:22
Suvarma sistemində yenilik: “Buğda ilə təminat səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb” - FOTO
14-08-2022, 21:17
Akardan taxıl dəhlizi ilə bağlı AÇIQLAMA
9-08-2022, 21:44
İran kriptovalyutadan istifadə edəcəyini açıqladı
9-08-2022, 21:41
Rusiyanın Ukrayna üzərindən Avropaya neft nəqli DAYANDIRILDI
9-08-2022, 21:38
Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi
9-08-2022, 21:35
İlham Əliyev Konyada Fələstinin baş naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
9-08-2022, 21:32
Mehriban Əliyeva Konyada Mövlanə Muzeyini ziyarət etdi - YENİLƏNİB
9-08-2022, 21:29
İlham Əliyev və Mehriban Əliyeva Konyada ölkəmizi təmsil edən idmançılarla görüşüblər - YENİLƏNİB + FOTO