• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.08.22 21:12
gundem / cemiyyet

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

azturktv.az"Report" xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

50 ölkəni təmsil edən 115 gəncin iştirak etdiyi Diaspor Gənclərinin III Yay Düşərgəsini açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Diaspor Gənclərinin Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilməsinin tarixi önəmindən danışıb. Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunduğunu xatırladan Komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. O, Vətən müharibəsindəki tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayıb: "Azərbaycan tolerant ölkədir. Biz heç vaxt heç kimin torpağını işğal etməmişik. Siz bununla fəxr etməli və Azərbaycanın düşmənlərinə qarşı ideoloji mübarizə aparmalısınız. Biz istəyirik ki, buradan qayıdandan sonra siz yaşadığınız ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq təşkilatlara öz mövqeyinizi bildirəsiniz".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və düşərgənin işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, ölkəmiz gənc nəsilə güclü investisiya edir: “Dövlətimiz gənclərin yüksək inkişaf tempi olan ölkədir”.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Vətən müharibəsindəki qələbənin məhz Ali Baş Komandanın ətrafında sıx birləşən gənclərin sayəsində mümkün olduğunu söyləyib.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev Diaspor Gənclərinin Yay düşərgələrinin artıq ənənə halı almasının və diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında keçirilməsinin əhəmiyyətindən söz açıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev hər bir ölkənin iqtisadi inkişafının hərəkətverici qüvvəsini gənclərin təşkil etdiyini bildirib və diaspor gənclərini Azərbaycanın iqtisadi inkişafı naminə fəallığa səsləyib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Şuşa ili”ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, 2-8 avqust tarixini əhatə edəcək Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

16:20

“Şuşa - 270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub.

azturktv.az “Report”un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, şəhərin mərkəzində 52 ölkəni təmsil edən 116 nəfərin təntənəli qarşılanma mərasimi keçirilib.

09:00

Azərbaycan Diaspor Gənclərinin Şuşaya səfəri başlayıb.

azturktv.az “Report”un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səfəri Diaspor Komitəsi təşkil edir. Səfərin məqsədi Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışında iştirak etməkdir.

Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Düşərgə 9 avqustadək davam edəcək. Qeyd edək ki, düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 52 ölkəni təmsil edən 116 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
19:55 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
19:49 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
19:46 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
19:39 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
19:29 Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
19:25 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
19:21 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
19:18 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
19:13 Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
19:09 Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.