• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
19.07.22 21:27
gundem / siyaset

Bakı Ali Neft Məktəbində Məzun Günü keçirilib - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti Məzun Günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor qeyd edib ki, yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, burada peşəkar kadr kimi yetişmiş tələbələrin məzun olmaları sevindirici haldır:

“Bakı Ali Neft Məktəbi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının bariz nümunəsidir. Fəaliyyətə başladığı gündən Ali Məktəbimiz yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirir. Bizim tələbə və məzunlarımız yüksək intellekt, bilik və bacarıqlara malik gənclərdir. Artıq bakalavr səviyyəsi üzrə altıncı, magistr səviyyəsi üzrə dördüncü məzun buraxılışını həyata keçiririk. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Təhsil aldıqları müddətdə uğurlar qazanaraq, peşəkar ingilisdilli kadrlar kimi yetişən daha bir qrupumuz – bakalavr və magistratura üzrə ümumilikdə 168 tələbə - təhsil dövrünü tamamlayaraq karyera və növbəti təhsil addımlarının təməlini qoyur. Əminəm ki, BANM-in builki məzunları da əvvəlki məzunların uğurlarını davam etdirəcək, Azərbaycanın intellektual əsgərləri olaraq ölkəmizi və Ali Məktəbimizi layiqincə təmsil edəcəklər”.
Rektor əlavə edib ki, artıq bu ilki məzunlar növbəti təhsil pilləsi və karyera sahəsində ilk uğurlarını qazanıblar:

“Ali Məktəbin builki məzunlarından 31 nəfəri SOCAR-ın səkkiz müəssisəsində işə qəbul olub. Ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlərdə işə qəbul olan tələbələrin sayı 20-yə yaxındır. Məzunlarımızın diplom almadan işə qəbul olunmaları, nüfuzlu ali təhsil müəssisələrinə təqaüd qazanmaları Azərbaycan dövlətinin qayğısının, SOCAR-ın yaratdığı şəraitin və Ali Məktəbimizin fədakar professor-müəllim heyətinin əməyinin, tələbələrimizin zəhmətinin göstəricisidir. MBA proqramında təhsil alan tələbələrimizin 90%-i çalışır. Məzunlarımızdan təxminən 40 nəfəri təqaüd qazanaraq dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alacaq. Bu məzunların beş nəfəri ABŞ universitetlərinə tam təqaüdlə doktorantura pilləsinə qəbul olub, 10 nəfəri Almaniya universitetlərində təhsillərini davam etdirəcək. Almaniya universitetlərinə qəbul olan tələbələrimizin 7-si DAAD proqramının təqaüdünü qazanmış tələbələrdir”.
Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, tələbələrin BANM-də peşəkar kadrlar kimi yetişdiyini və burada aldıqları bilik və bacarıqların həyatlarının növbəti mərhələsində böyük rol oynayacağını bildirib.
Məzunları təbrik edərək onlara uğurlar arzulayan təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi qısa müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq ilk gündən uğurlar əldə edib, böyük nüfuz qazanıb. Nazir müavini BANM-in Fərqlənmə diplomu ilə bitirən məzunların sayına görə də yüksək göstərici əldə edərək ölkə ali təhsil müəssisələri arasında seçildiyini qeyd edib.
Sonra Bakalavr məzunları adından Kimya mühəndisliyi ixtisasının məzunu Güllü Hüseynli, Magistratura məzunları adından MBA məzunu, Ali Məktəbin Karyera və Tələbələrlə İş şöbəsinin müdiri Emil Aslanlı, əcnəbi tələbələr adından Kimya mühəndisliyi üzrə magistratura məzunu, perulu tələbə Belka Asevedo Lozano çıxış edərək BANM-in məzunu olmaqdan böyük qürur hissi keçirdiklərini vurğulayıb və onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan Ali Məktəbin rəhbərliyinə, fədakar müəllimlərə təşəkkürlərini bildiriblər.
Məzun Günü diplomların təqdim olunması mərasimi ilə davam etdirilib. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları məhz Məzun Günündə təqdim etmək ənənəsinə bu il də sadiq qalır.
BANM-in Kimya mühəndisliyi ixtisası üzrə məzunu Jalə Məmmədova, Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Kənan Məmmədov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Eyvaz Nəcəfli öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Taleh Həsənzadə birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Plaketlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və BANM-in rektoru Elmar Qasımov tərəfindən təqdim edilib.
Daha sonra 2022-ci il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi olan Kimya mühəndisliyi ixtisasının tələbəsi Jalə Məmmədova adını rəmzi kötüyə həkk edib.
Tədbir əməkdar artist, tarzən Şəhriyar İmanov və ansamblının, həmçinin “Merry Band” qrupunun ifasında konsert proqramı ilə davam edib.
Məzun Gününün sonunda mantiya geyinmiş məzunların ənənəvi papaqatma mərasimi keçirilib.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbindən 107 bakalavr, 61 magistr məzun olur. Bakalavr səviyyəsi üzrə Neft-qaz mühəndisliyini 33, Kimya mühəndisliyini 42, Proseslərin avtomatlaşdırılması mühəndisliyini 32 nəfər, magistr səviyyəsi üzrə mühəndislik ixtisaslarını 13, MBA proqramını isə 48 tələbə bitirib.
Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 12 nəfərdir.
2021-2022-ci tədris ilində BANM-dən ümumilikdə 7 xarici ölkə vətəndaşı məzun olur. Onlar Kanada, Peru, Nigeriya, Ruanda, Rusiya, Özbəkistan və Gürcüstan vətəndaşlarıdır. Bu tələbələrdən biri Azərbaycan Hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayırdığı qrant çərçivəsində (Peru), biri BANM-in ayırdığı təqaüd əsasında (Ruanda), biri (Çiçək Bayramova) SOCAR, digərləri isə öz hesablarına maliyyələşməklə təhsil almış xarici vətəndaşlardır.
Onlardan bir nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə, bir nəfər isə Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsinin, üç nəfər MBA, bir nəfər Kimya mühəndisliyi və bir nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə magistratura səviyyəsinin məzunlarıdır.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.