• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.07.22 21:48
gundem / iqtisadiyyat

Rusiyanın Avropaya qaz tədarükünü dayandırması qitəni təşvişə salıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Rusiya Qərbə nəql etdiyi qazı kəsməklə hədələyir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen xəbərdarlıq edib ki, qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın onu tamamilə bağlamasına hazırlaşmalıyıq.

Mövzu ilə bağlı “Kaspi” qazetində məqalə dərc edilib.

Avropanı təşviş və qorxu bürüyüb. Rusiyanın qaz asılılığından qurtulmağı prioritet elan edən Avropanı indi Kreml özü şantaj edir. Demək olar ki, hər bir geosiyasi məsələdə fərqlənən Avropa üçün ən pis ssenari reallaşa bilər. Kremlin Avropaya qaz tədarükünü tarixi minimuma endirməsi qitədə şok effekti doğurub. Rusiyanın qaz nəhəngi “Qazprom” bəyan edib ki, Avropaya əsas marşrutu – “Şimal axını” boru kəmərini bağlayır. Səbəb kimi 10 günlük profilaktika göstərilsə də, Avropa bunun həmişəlik olacağından qorxur. Qərb mediası yazır ki, Almaniya artıq isti suya və işığa qənaət edir, bütün Avropa fövqəladə tədbirlər elan etməyə hazırlaşır. Bəs Rusiyanın bu addımı atmasına səbəb nədir? Çox güman ki, Qərbin artan sanksiyaları Rusiyanı çıxılmaz duruma salıb, ölkə iqtisadi cəhətdən problemlər yaşayır. Bu səbəbdən də on günlük bağlanma adı altında belə bir qərar qəbul edir.

Aİ rəsmisi vəziyyətin ciddi olduğunu deyir

"Vəziyyət çox ciddidir və böhran daha da güclənə bilər. Ola bilsin ki, Rusiya qaz tədarükünü azaltmağa davam edəcək", - Avropanın enerji komissarı Kadri Simson bildirib. Üç il əvvəl “Qazprom” Avropaya sutkada 500 milyon kubmetrə qədər qaz verirdi. Bu ilin may ayında isə bu rəqəm 250 milyon kubmetrə enib. İyulun əvvəlində - 140 milyon, daha az gücə malik "Türk axını"nın profilaktikası zamanı isə ixrac sutkada, təxminən 100 milyon kubmetrə düşüb. Yaxın 10 gündə Avropaya cəmi 75 milyon kubmetr vəd edilib. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa Parlamentinə xəbərdarlıq edib: "Qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın onu tamamilə bağlamasına hazırlaşmalıyıq". Planın təfərrüatları hələ məlum deyil, lakin iki əsas fikir artıq aydındır. Birincisi, mövcud ehtiyatların və cari ehtiyatların bölüşdürülməsində həmrəylik – bu, böhran qarşısında hamının bərabər olması, varlı ölkələrin kasıblara kömək etməsi üçündür. İkincisi, tələbin azalması həmrəyliyi: hamı üçün kifayət qədər qaz yoxdursa, nəyə qənaət etmək və ilk olaraq kimin qaz tədarükünün dayandırılmasına razılaşmaq.

Avropa o vaxt “Qazprom”suz keçinə bilər ki...

Rusiya monopoliyası keçən yaydan bəri qaz klapanını tədricən qapadır. Ötən qışda tədarükün azalması Avropada qıtlığa və qiymətlərdə rekord sıçrayışa səbəb. Bu, Ukraynaya hücumdan əvvəl idi. İşğalın başlaması ilə Kreml Aİ-yə qarşı enerji müharibəsinin əsas silahı kimi qazı seçdi, çünki Avropa hələ ki, Rusiya qazından tamamilə imtina edə bilmir. Kremlin Aİ-nin boynuna taxdığı “qaz ilgəgi” Avropa qaz bazarının çökməsinə səbəb olub, qiymətlər ötən ilin əvvəlindən səkkiz dəfəyə qədər bahalaşıb. Rusiya qazına yeganə alternativ dəniz yolu ilə daşınan mayeləşdirilmiş təbii qazdır. Əsas təchizatçılar ABŞ və Qətərdir, lakin tədarük məhduddur. “Bloomberg Intelligence” hesab edir ki, Avropa 2026-cı ilə qədər onun idxalını iki dəfə artıra və ehtiyaclarının 40 faizini ödəyə bilər, lakin bu da hələ kifayət etməyəcək. “Rusiya qazının mayeləşdirilmiş qazla əvəzlənməsi potensialı, demək olar ki, tükənib” – “Bruegel” tədqiqat mərkəzinin analitikləri də eyni fikirdədir. Onlar hesab edirlər ki, yaxın 10 ayda istehlak 2019-2021-ci illərin orta göstəricisi ilə müqayisədə 15 faiz azalsa, o zaman Avropa “Qazprom”suz da keçinə bilər. Eyni zamanda, bəzi ölkələr (əsasən qərb və cənubda) ümumiyyətlə qənaət etməli olmayacaq, digərləri isə (əsasən şərq və şimalda) qaza tələbatın 50 faiz qədərini hansısa yolla azaltmalı olacaqlar. “Bruegel” ekspertləri yazır ki, bu balanssızlıq problemə ümumavropa yanaşmasını tələb edir.

Ölkələrin hansı planları var?

Rusiyadan qaz alan ölkələr hansı addımları atır? Qazın, təqribən 80 faizini Rusiyadan təmin edən Avstriya üç mərhələdən ibarət ehtiyat planın ilk addımını işə salıb. Qaza olan tələbatının 90 faizindən çoxunu Rusiyadan alan Bolqarıstan ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almağa razılaşıb və qazın paylanmasını artırmaq üçün Azərbaycanla danışıqları sürətləndirib. Çexiya hökuməti emissiya limitlərinin pozulması səbəbindən gələn il bağlanacaq kömür elektrik stansiyalarının işləməsinə icazə verən qanun layihəsini dəstəklədiyini açıqlayıb. Bundan başqa, Energetika Nazirliyinə fövqəladə tədbirlər görməyə icazə verilib. Danimarka da üç mərhələdən ibarət olan qaz təchizatı planının ilk addımını aktivləşdirdiyini açıqlayıb. Finlandiya tədarük təhlükəsizliyini təmin etmək üçün boru kəmərlərinin yay təmirini təxirə salacağını bildirib. Qərar kəmərin keçdiyi digər Baltikyanı ölkələrlə birgə qəbul edilib. Fransada Rusiya qazından asılılığı sıfıra endirmək üçün səylərə başlanılıb. Qaz istehlakının 17 faizini Rusiyadan təmin edən Fransa “Şimal axını 1”də fasilədən ən az zərər görəcək ölkələr sırasındadır. Qaz ehtiyacının 55 faizini Rusiyadan alan Almaniya fövqəladə tədbirlər planında 2-ci mərhələyə keçdiyini açıqlayıb. Qaz anbarlarının doldurulması üçün 15 milyard avro kredit ayrılacaq. Qaza olan tələbatının, təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya anbarın həcmini artırmaq üçün fəaliyyət planını açıqlayıb. Bundan əlavə, kömür elektrik stansiyalarının gücünün maksimuma çatdırılacağı bildirilib. İstehlak etdiyi qazın 15 faizini Rusiyadan idxal edən Hollandiya kömürlə işləyən elektrik stansiyaları üçün hasilatın yuxarı həddini qaldıracağını açıqlayıb. Ölkədəki qaz ehtiyacını LNG terminalı ilə təmin edən Polşa 12 mərhələli fövqəladə prosedura başladığını açıqlayıb.

Oxşar Xəbərlər

backend
Tarixdə bir ilk: ABŞ Avropaya qaz tədarükündə Rusiyanı qabaqladı
2.07.22 19:26
gundem / iqtisadiyyat
backend
Transxəzəri cəmi 4-6 aya çəkmək mümkündür
2.05.22 20:37
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.