• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.07.22 21:11
gundem / cemiyyet

Azərbaycan təhsil işçiləri təcrübə proqramında iştirak ediblər - FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İyunun 25-dən iyulun 2-dək “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı” baş tutub. Proqram Estoniyanın Karyera Təhsil Akademiyası və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə reallaşıb. Proqramda bir qrup azərbaycanlı təhsil işçisi və məktəb direktoru iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təhsil səfəri çərçivəsində nümayəndə heyəti Estoniyadan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış, Azərbaycandan Cəfər Mənsiminin müşayiəti ilə Estoniya və Finlandiyanın tanınmış orta və ali təhsil müəssisələrini ziyarət edərək müxtəlif təlimlərdə iştirak ediblər.

Tallinn Universitetinin müəllimi Sevda Özden “Tədris mühitinin təşkili”, Estoniyanın PISA üzrə koordinatoru, Tallinn Universitetinin müəllimi İmbi Henno “Estoniyanın PISA təcrübəsi”, Finlandiya Təhsil Nazirliyinin Helsinki Təhsil Departamentinin layihə rəhbəri İmeli Vanska Katri və məktəbin meneceri Kietavainen Siren Hanna “Finlandiyanın uğur tərcrübəsi”, Helsinki Universitetinin Təhsil elmləri fakültəsinin dekan müavini professor Arto Kallioinemi “Finlandiyada müəllim hazırlığı”, Estoniya Təhsil Nazirliyinin Təhsil və gənclər departamentinin şöbə müdirləri Eva Toome və Einad Rull “Tədrisdə qiymətləndirmə”, Tallinn Şəhər Təhsil İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kadri Aausmaa “Təhsildə strateji yanaşmalar”, təhsil mütəxəssisi Ruth Jaamasalu “Valideynlərlə səmərəli iş”, yazıçı, müəllim Ketri Kivirüüt “Yeni nəsil üçün təhsil”, pedaqoq Katri Lət Şəhmərdan “Finlandiya mədəniyyəti”, Yelena Parfyonova “Təhsildə psixoloji mühit” mövzusunda təqdimatla çıxış ediblər. Onlar Azərbaycandan gələn ilk nümayəndə heyətini qarşıladıqlarını xüsusi vurğulayaraq qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd ediblər.

Proqram iştirakçıları Helsinki, Tartu, Tallinn universitetlərində, o cümlədən Finlandiyanın Jatkasaari, Estoniyanın Tallinn şəhər Laanemere Gimnaziyası, Tartu şəhər A.Puşkin adına məktəb, Vivere inklüziv məktəblə tanış olaraq rəhbərliklə görüşüblər. Görüşlərdə məktəblərdə tədrisin təşkili, məktəbin səmərəli idarə olunması, istedadlı uşaqlarla iş, valideynlərlə əməkdaşlıq, məktəb mühitinin təşkili, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.

Təcrübə mübadiləsinin səmərəli keçdiyini bildirən təhsil işçiləri görüşlərdə mədəniyyəti təbliğ edən müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan kəlağayısı hədiyyə ediblər.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
22:20 Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
22:18 Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
22:16 Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
22:13 Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
21:55 U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
21:53 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
21:49 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
21:47 "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
21:45 Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:40 Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
21:37 Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
21:32 Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
21:28 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
21:25 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
21:21 Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti çəkiləcək
21:18 İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
21:11 XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
21:06 Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
20:58 Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək
20:53 Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.