• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.06.22 20:49
gundem / siyaset

Azərbaycan Prezidenti İƏT-in Baş katibini qəbul etdi - YENİLƏNİB



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirib. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlətimizin başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib.

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd edib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bildirilib və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparılmasının vacibliyi vurğulanıb.


11:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
21:33 Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
21:30 UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
21:26 Azərbaycan Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
21:22 Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
21:19 Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
21:17 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
21:13 Azərbaycanda ötən il 6 uşağın övladlığa götürülməsi barədə qərar ləğv edilib
21:11 Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
21:08 Azərbaycanda ƏDV üzrə əməletmə boşluğu azalıb
21:04 EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
20:58 Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
20:53 Prezident Naxçıvanda yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB-2
20:39 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:33 İlham Əliyev Naxçıvan şəhərində "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
20:26 Prezident İlham Əliyev Naxçıvanda səfərdədir
20:56 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
20:52 İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
20:48 İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
20:45 Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
20:41 Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
11.08.26 21:47
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
11.08.26 21:44
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
11.08.26 21:42
Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
11.08.26 21:36
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
11.08.26 21:33
UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
11.08.26 21:30
backend
Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
11.08.26 21:47
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
11.08.26 21:44
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
11.08.26 21:42
Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
11.08.26 21:36
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
11.08.26 21:33
UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
11.08.26 21:30
backend
Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
11.08.26 21:47
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
11.08.26 21:44
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
11.08.26 21:42
Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
11.08.26 21:36
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
11.08.26 21:33
UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
11.08.26 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.