Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir? – Mütəxəssislərdən AÇIQLAMA
gundem / cemiyyet
Oxunub: 4
18 in 2022 | 21:33


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Uşaqlar arasında qarınağrısı və qusma ilə müşahidə olunan xəstəlik yayılıb.

Bu, hər il yaz-yay aylarında azyaşlılar arasında müşahidə olunan naməlum virusdur. Virus özünü daha çox 5 yaşdan yuxarı uşaqlarda büruzə verir. Xəstəliyin əlamətləri isə qusma, hərarət və ishaldır.

Bəs bu naməlum virusdan uşaqlarımızı necə qoruya bilərik?

Pediatr Qoşqar İsmayılov sözügedən virusun mövsümi xarakter daşıdığını söyləyib:

“Hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza, dənizə gedənlər arasında daha çox yayılır. Virusa yoluxan uşaqlarda qusma, ishal, hərarət, iştahsızlıq olur. İnfeksiya sürətlə yayıla bilər. Buna görə də valideynlər vaxtında həkimə müraciət etməlidirlər. Xəstəlik ən az bir həftə davam edə bilər”.

Q.İsmayılov qeyd edib ki, valideynlər uşaqlarının yeməklərinə xüsusi diqqət etməlidirlər:

“10 yaşına qədər olan uşaqların yoluxma riski daha yüksəkdir. Xəstəliyi körpələr daha ağır keçirə bilərlər. Yoluxan uşaqları çox isti, qapalı mühitdə saxlamaq olmaz.

Valideynlər uşaqlarını qorumaq üçün onları hovuzdan, çimərlikdən uzaq tutmalıdırlar. Çünki xəstəlik sürətlə yayıla bilir. Hətta virusun uşaqlarla yanaşı böyüklərə keçmə riski də var”.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev isə valideynlərə uşaqlarını yaxın təmasdan uzaq tutmağı tövsiyə edir:

“Havaların isinməsi ilə əlaqədar hazırda uşaqlarda mövsümi olaraq rotavirus, adenovirus müşahidə olunur. Bu viruslara yaz-yay mövsümündə rast gələ bilirik. Ona görə tövsiyə edərdim ki, valideynlər gigiyenik qaydalara əməl etsinlər. Yoluxan uşağın ətrafla təması anında kəsilməlidir. Bir müddət hər kəsdən uzaq tutsalar, yaxşı olar. Virusun müalicəsi simptomatikdir. Əgər qusma və ishal davam edərsə, hərarət yüksək olarsa, həkimə müraciət etməlidirlər”.

Qeyd edək ki, virusa hər yoluxmadan sonra uşaqlarda rotavirusa qarşı immunitet yaranır. Növbəti yoluxmada uşaq xəstəliyi daha yüngül keçirir. Buna bəzən bağırsaq qripi də deyirlər, lakin adi qriplə heç bir əlaqəsi yoxdur.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.
Bu gün, 20:57
Özbəkistan qaz ixracından imtina edə bilər
Bu gün, 20:54
Ölkə sahibkarlarının 99,6%-ni KOB-lar təşkil edir
Bu gün, 20:49
Azərbaycan Prezidenti İƏT-in Baş katibini qəbul etdi - YENİLƏNİB
Bu gün, 20:47
Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub - YENİLƏNİB + FOTO
Bu gün, 20:43
Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub - FOTO
Bu gün, 20:41
Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub - YENİLƏNİB + FOTO
Bu gün, 20:36
Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub - FOTO
Bu gün, 20:36
Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub - FOTO
18-06-2022, 22:00
Xalq artisti qızının məzun gecəsindən görüntülər paylaşdı
18-06-2022, 21:57
Bu ölkənin vətəndaşları Türkiyəyə pasportsuz gedə biləcək - qəribə səbəb
18-06-2022, 21:53
Ərdoğan Yunanıstanla danışıq şərtlərini AÇIQLADI
18-06-2022, 21:50
Qaribaşvili və Paşinyan regiondakı vəziyyəti müzakirə etdi
18-06-2022, 21:47
Siyavuş Aslanın canlandırdığı obrazı bir də səhnələşdirmək mümkün olmayacaq
18-06-2022, 21:45
Leyla Əliyevanın təşəbbüsü ilə Cenevrədə “Su altında üzən Simurq” xalçası təqdim edilib - FOTO
18-06-2022, 21:41
Azərbaycan cüdo millisinin üzvü nüfuzlu beynəlxalq mükafata layiq görüldü - FOTO
18-06-2022, 21:38
Elnur Məmmədli və Rəşad Rəsullu Vyanada: Avropa Cüdo Federasiyasına yeni prezident seçildi - FOTO
18-06-2022, 21:33
Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir? – Mütəxəssislərdən AÇIQLAMA
18-06-2022, 21:28
İki maşın TOQQUŞDU: Altı nəfər xəsarət aldı
18-06-2022, 21:25
Xarici səyyahların azad edilmiş ərazilərə səfəri başa çatdı - FOTO
18-06-2022, 21:22
Bakıda binada liftin qırılması zamanı yaralanan uşağın atası: “İlk hal deyildi” – YENİLƏNİB
18-06-2022, 21:17
Mikayıl Cabbarov: “Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir”
18-06-2022, 21:13
Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? - ARAŞDIRMA
18-06-2022, 21:11
Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilir
18-06-2022, 21:05
Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşdü
18-06-2022, 21:03
Sahibə Qafarova Türkiyəyə gedir
18-06-2022, 21:00
Bakı Forumu: “Qlobal dünya nizamına təhdidlər” mövzusunda müzakirə olundu - FOTO
18-06-2022, 20:57
Azərbaycan, Türkiyə və Pakistan gənclərinin İstanbulda forumu keçirilib - FOTO