• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.06.22 21:00
gundem / siyaset

Bakı Forumu: “Qlobal dünya nizamına təhdidlər” mövzusunda müzakirə olundu - FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

“Report” xəbər verir ki, Forum çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda növbəti panel iclası keçirilib.

Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin moderatorluğu ilə keçirilən panel iclasında “Nə üçün vətəndaşların böyük bir qismi bir neçə il əvvəl heyranlıqla baxdıqları demokratik sistemlərdən uzaqlaşır? “İnsanların iradəsi” marketinq strategiyaları ilə, “feyk” xəbərlərlə və qərəzliliklə formalaşa bildiyi halda həqiqi demokratiya necə olur? Qərarverici elita və səfərbər edilmiş ictimaiyyət arasındakı məsafə artarsa, demokratiya nə dərəcə funksional olacaq? Siyasi uzaqlaşma və əlaqəsizlik artarsa, demokratiya nə dərəcədə təmsilçiliyə əsaslanacaq? Bəs siyasi orqanizmdə bu kimi tendensiyalara qarşı hər kəs üçün fərdi insan hüquqları müvafiq qaydada necə qoruna bilər? Yeni qlobal nizamın Qərbin ənənəvi demokratik sistemləri, hətta öz daxillərində belə çağırışlarla üzləşdikləri halda yeni, daha mərkəzləşdirilmiş siyasi modellərin (Çin və Sinqapur kimi) nüfuz və təsir qazanması nəzərə alınmaqla, əsas prinsipləri hansılardır?” kimi suallara cavablar axtarılıb.



Panel iclasında çıxış edən Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, hər bir demokratik sistemdə olan amilləri qabartmaq lazımdır:

“Mən xüsusilə də söz, fikir və s. azadlıqları qeyd etmək istəyərdim. Hökumət mənim gələcəyimə uyğun qərarlar qəbul etdiyi zaman rəyimin alınması lazımdır. İnsanlarla danışmaq, onların hüquqlarını nəzərə almaq lazımdır. Təsisatlar populizmdən uzaqlaşaraq bunu etməlidirlər. Biz insanların, cəmiyyətin arasında güvən yaratmalıyıq. Hesab edirəm ki, demokratiyanın izlənməsi çox vacibdir. Dəyərləri də düzgün paylamalıyıq. Avropa İttifaqının etdiyini biz etməliyik”.



Daha sonra çıxış edən Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa deyib ki, qanunun aliliyi əsas vacib olan amildir:

“Hər bir vətəndaşa, fərdə düzgün yanaşmaq lazımdır. Anadan olan hər bir şəxsin hüquqları tanınmalı və təmin olunmalıdır. Hər bir konkret addım icraata gətirib çıxarır. Bunun üçün də onun qanunda təsbitini görməliyik. Dövlət məmurlarının siyasi mənsubiyyəti də olmamalıdır. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər. Onlar tutduqları vəzifələrdə əbədi qalmamalıdırlar”.

Panel iclası çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Oxşar Xəbərlər

backend
Mikayıl Cabbarov: “Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir”
18.06.22 21:17
gundem / iqtisadiyyat
backend
Qlobal Bakı Forumunun ikinci panel iclası keçirilib - YENİLƏNİB
16.06.22 20:48
gundem / siyaset

XƏBƏR LENTİ

19:47 Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
19:39 Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
19:34 Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
19:29 Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
19:25 Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
20:27 Bu gün Prezident İlham Əliyevin doğum günüdür
20:20 Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
20:15 Gələn ilin yanvar-fevral aylarında Ağdama 1164 ailə köçürüləcək
20:13 Prezident: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
20:11 İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
20:05 İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB
19:59 Şavkat Mirziyoyev: Əminəm ki, Azərbaycanla gələcəkdə də əlaqələr uğurla inkişaf edəcək
19:58 Rusiya Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:56 Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3
19:51 İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
19:49 Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib
19:46 İrakli Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
19:44 Kasım-Jomart Tokayev ad günü münasibətilə Azərbaycan Prezidentinə zəng edib
19:42 Ərdoğan Azərbaycan Prezidentini doğum günü münasibətilə zəng edib
19:40 İsrail Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:38 Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır
19:36 Macarıstanın Baş naziri İlham Əliyevi təbrik edib
19:33 Sadır Japarov İlham Əliyevə: Qırğızıstana qarşıdan gələn səfəriniz çərçivəsində münasibətlərin inkişafı üçün zəmin yaradacağıq
19:31 Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
19:27 Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.