• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.06.22 22:44
gundem / medeniyyet

Heydər Əliyev Mərkəzində “AFFFAIR in Carpets” dəfiləsi və yeni xalçaların təqdimatı olub - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib.

azturktv.az xəbər verir ki, iyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı AFFFAIR markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib.

Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub-saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq məktəbinin yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri oxşayır.

Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir.

“AFFFAIR in Carpets” adlı nümayişdə “Sumakh Haute Couture” və “Sumakh Affordable Luxury” kolleksiyasından geyimlərin dəfiləsi keçirilib.

Qeyd edək ki, “Sumakh Haute Couture” bu günədək Paris və Moskvada nümayiş etdirilib. “Sumakh Affordable Luxury” kolleksiyası isə ilk dəfə məhz Bakıda nümayiş olunub.

Kolleksiyaya daxil olan beş məşhur xalça motivi əsasında yaradılan əsərlər isə xüsusən diqqət çəkir:

“Açma-yumma” xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və “Açma-yumma” xalçaları silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir;

Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri “Qarabağ” xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkəşana qərq olur;

“Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiyadan yaranıb;

Qarabağın “Ovçuluq” xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi” kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb;

“Pazırıq” adlanan əsər türk soyuna aid edilən və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.

Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Oxşar Xəbərlər

backend
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalça kolleksiyası və kitab təqdim olunub - FOTO
4.06.22 21:24
gundem / siyaset

XƏBƏR LENTİ

21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
22:02 Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
21:58 Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
21:55 Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
21:52 Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
21:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
21:45 Bu il 280 min məzuna elektron qaydada diplom verilib
21:42 Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
21:41 Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
21:37 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
21:34 Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.