• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.05.22 21:21
gundem / siyaset

İlham Əliyevin “TEKNOFEST Azərbaycan”da çıxışı - TAM MƏTN


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.


Həmin çıxışın tam mətnini təqdim edirik:

“Əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar, bacılar və qardaşlar.

Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq.

Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.

Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Sancar kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün, eyni zamanda, Səlcuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Səlcuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Səlcuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Səlcuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Səlcuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Səlcuk bəy kimi olmağa çalışacaqlar.

Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.

Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.