• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.05.22 21:39
gundem / cemiyyet

İcra başçıları qarşısında qoyulan iki aylıq möhlət bitdi: Bakıdakı hansı binalar söküləcək? - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Paytaxtdakı qəzalı binaların müəyyən edilməsi ilə bağlı araşdırma və baxış tədbirləri həyata keçirilir.

Baku.ws-in əldə etdiyi məlumata görə, Bakının 12 rayonunda komissiyanın üzvləri və mütəxəssislərlə birlikdə bütün binalara baxış keçirilməsinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığından sonra paytaxt rayonlarında inventarizasiya işləri gedir.

Binaların son vəziyyəti müəyyən edilir. Ehtiyac olan yerlərə ekspert qrupları cəlb olunur. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alırlar.

Rayonlar üzrə məlumatların toplanılması yekunlaşdırılaraq Bakı Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunacaq. Komissiyanın çıxardığı yekun qərara əsasən bu binalar barədə məlumatlar Nazirlər Kabinetinə göndəriləcək.



Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən həmin qəzalı binaların gələcək taleyi müəyyənləşdiriləcək. Lazım gələrsə, bina söküləcək və uyğun olarsa, onun yerinə yenisi tikiləcək. Bu zaman sakinlərin köçürülmə prosesi də qanunauyğun aparılacaq.

Əgər sökülən binanın yerinə yeni bina tikmək mümkün olmazsa, bu zaman sakinlərə kompensasiya ödəniləcək. Baku.ws-in məlumatına görə, Bakı şəhəri üzrə kompensasiyanın ən aşağı məbləği hər kvadratmetrə görə 1500 manat müəyyən edilib. Bu məbləğ paytaxtın əraziləri üzrə bazara uyğun dəyişə bilər.

İnventarizasiya prosesi başlayanadək Bakıda 90 binanın qəzalı olması barədə rəy mövcud idi. Yoxlamalara başlanılandan sonra Bakının bütün rayonları üzrə qəzalı binaların sayı 1000-ə çatıb. Paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonlarının ərazilərində belə binalara rast gəlinir.



Xatırladaq ki, 2019-cu ildə Bakıda 17 binanın qəzalı və istismara yararsız olduğu müəyyən edilmişdi. Bu binalardan biri, Xətai rayonu ərazisində yerləşən tikili artıq sökülüb. Həmin binanın yerində yenisi ucaldılıb. Digər 16 binanın çoxu isə Sabunçu rayonu ərazisindədir. 2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar qəzalı binaların müəyyənləşdirilərək sökülməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı.

Qeyd edək ki, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, son vaxtlarda rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq, rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıblar və nəticədə ərazilərdə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdığı vurğulanıb və bildirilib ki, RİH-lər qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görülərək, bu barədə iki ay müddətində hesabat verilməsi tapşırılıb. Qeyd edək ki, həmin iki aylıq müddət ötən gün bitib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
22:02 Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
21:58 Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
21:55 Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
21:52 Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
21:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
21:45 Bu il 280 min məzuna elektron qaydada diplom verilib
21:42 Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
21:41 Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
21:37 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
21:34 Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.