• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
9.05.22 21:50
gundem / cemiyyet

Natiq Məmmədli: “Azərbaycan mediasının güclü olması bizə lazımdır, xarici QHT-lərə yox”



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt bu yaxınlarda “Amerikanın Səsi”nə verdiyi müsahibəsində Azərbaycanda media azadlığının vəziyyətinin problemli olduğunu deyib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Report”a müsahibəsində təşkilat təmsilçisinin fikirlərinin obyektiv olmadığını və “Freedom House”un növbəti dəfə Azərbaycan həqiqətlərini təhrif etdiyini bildirir.

Müsahibəni təqdim edirik:

- “Freedom House” təmsilçisinin Azərbaycanda media azadlığı ilə bağlı səsləndirdiyi iddialarını necə şərh edərdiniz?

- Bu, Azərbaycana münasibətdə ənənəvi tendensiyalı və qərəzli yanaşma olduğundan bizim üçün təəccüblü olmadı. Eyni fikirlər artıq uzun illərdir ölkəmizin ünvanına deyilir, media mühitinin sağlamlaşdırılması istiqamətində atılan addımlar, islahatların müsbət dinamikası nəzərə alınmır. “Freedom House” və eyni missiyanı həyata keçirən oxşar profilli QHT-lər sanki öz sehirli güzgülərində yalnız özlərinin görmək istədikləri dünyaya baxırlar, alternativ fikri eşitmək, əsassız şəkildə ittiham olunan qarşı tərəfi dinləmək, dialoqa getmək onların sadəcə təbiətində yoxdur. Mark Behrendt iddia edir ki, “Media haqqında” Qanun “islahat yox, məhdudlaşdırcı olacaq” və maraqlısı odur ki, onun fikirləri ilə tanış olduqca adama elə gəlir ki, o, ümumiyyətlə qanunu oxumayıb, yalnız onun ətrafında gedən söz-söhbətlər əsasında fikir yürüdür. Təəssüf ki, qanunun müzakirəsi zamanı “oxumamışam, lakin ittiham edirəm” düşüncəsində olanlarla çox rastlaşdıq. Behrendt qanunla tanış olsaydı bilərdi ki, Azərbaycanda heç kim “jurnalistlərin siyahısını tutmaq” kimi absurd prosesə başlamaq niyyətində deyil. Əgər söhbət jurnalistlərin Media Reyestrinə daxil edilməsi və onlara jurnalist vəsiqəsinin verilməsindən gedirsə, bu, tamamilə könüllü xarakter daşıyır. Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Reyestrə məlumatları daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqi müzakirə mövzusu belə ola bilməz.

- Behrendt iddia edir ki, xarici media qurumları yenidən qeydiyyatdan keçməyə “məcbur ediləcək”, bu nə dərəcədə doğrudur?

- “Freedom House” təmsilçisi Azərbaycana münasibətdə “Sərhədsiz reportyorlar”ın haqsız mövqeyini təkrarlayır ki, guya “media orqanlarının xaricdən maliyyə almalarının qadağan edilməsi” müstəqil mətbuatın üzünə “məlumat qapılarını bağlayacaq”. Bir daha vurğulamaq istərdik ki, “Media haqqında” Qanun jurnalistlərin “freelancer” qismində və ya digər statusla xarici media subyektləri ilə əməkdaşlıq etməsini və gəlir qazanmasını heç bir halda məhdudlaşdırmır. Digər tərəfdən, cənab Behrendt kimi təcrübəli ekspertin medianın müstəqilliyinin şərti kimi onun xaricdən maliyyələşməsini əsas götürməsi fikri tənqidə dözümsüzdür və sadəcə təəccüb doğurur. Azərbaycanda fəaliyyət göstərən xarici media orqanları nümayəndələrinin yenidən qeydiyyatdan keçməyə “məcbur ediləcəyi” fikri isə “Freedom House”un özünü inandırmağa çalışdığı absurdun davamıdır. Azərbaycanda onlarla xarici media subyektlərinin müxbir və təmsilçiləri öz peşə fəaliyyətlərini sərbəst şəkildə yerinə yetirməyə davam edirlər və onların təkrar qeydiyyatına heç bir ehtiyac yoxdur.

Mark Behrendtin sözügedən müsahibəsində Azərbaycan jurnalistlərini dövlətə qarşı çıxış etməyə həvəsləndirən açıq çağırışların olması başadüşülən deyil. O, hətta bunun üçün “araşdırmaçı jurnalistika layihələrini həyata keçirməyin, təlimlər keçməyin və avadanlıqla təmin etməyin” mümkünlüyündən danışır. Yəni, “Freedom House”un proqramlar direktorunun jurnalistin siyasi və ya digər formada hər hansı mövqe bildirməsinin media etikası ilə ziddiyyət təşkil etməsindən də xəbəri yoxdur? Mark Behrendt iddia edir ki, jurnalist “bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlara fövqəladə maddi yardım göstərməliyik”. Məhz bu yanaşma “Freedom House”un əsl mahiyyətinin göstəricisidir və ifadə azadlığı, ictimai maraqlardan çıxış etməli olan jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə dövlət suverenliyi və ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək öz reytinq cədvəllərində Qarabağın dağlıq hissəsini “müstəqil ərazi” adlandıraraq “qismən azad ölkələr” kateqoriyasında göstərmiş “Freedom House” Azərbaycan ictimai rəyində öz etibarını çoxdan itirib.

- Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Saidin Azərbaycanda medianın durumu ilə bağlı fikirlərinə münasibətinizi bilmək istərdik.

- Azərbaycan informasiya mühitinin sağlam, beynəlxalq rəqabətə davamlı olması, Azərbaycan mediasının güclü olması bizə lazımdır, “Freedom House” və ya hər hansı başqa xarici QHT-lərə yox. Xanım Gülnoza Said həmfikir olduğu təşkilatların hesabatlarında yer alan iddialara istinad etməklə yanaşı, eyni zamanda, Azərbaycanı təhdid edir. O, açıq şəkildə bəyan edir ki, xarici media qurumlarını Azərbaycanda keçirilən beynəlxalq tədbirləri işıqlandırmamağa səsləyirlər. Bu, müstəqil ölkəyə qarşı təhdidkar davranış deyilmi? Bu, artıq qəbuledilməzdir ki, Jurnalistləri Müdafiə Komitəsi adlı qurum jurnalistlərin informasiya almaq, məlumat toplamaq hüququnu məhdudlaşdırmaq məqsədi ilə çağırış edir.

İsrarla fərqli şəkildə təqdim olunmağa çalışılsa da, xüsusilə vurğulayırıq ki, Azərbaycan Respublikasında heç bir jurnalist, jurnalist fəaliyyəti ilə məşğul olmasına görə və ya peşə fəaliyyətini yerinə yetirməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməyib. Yalnız qanunla qadağan olunan ictimai təhlükəli əməli törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş və qanunla nəzərdə tutulmuş qaydada mühakimə olunmuşlar. Dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi.

Haqlı olaraq belə qənatə gəlirik ki, donorları qarşısında özünü lazımlı göstərmək istəyən bu kimi QHT-lər fikir, söz, ifadə və media azadlığının əsl mahiyyətini təhrif etməklə, bu azadlıqları müxtəlif subyektlərin mənafelərinə xidmət edən şəkildə sui-istifadə edirlər.

Ölkəmizə, onun media mühitinə qarşı sistemli şəkildə qara yaxan qüvvələrin mövqeyi ilə razılaşmırıq və bu nihilizmi qınayırıq.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramovla ATƏT nümayəndəsi media azadlığını müzakirə etdilər
25.04.22 22:05
gundem / siyaset

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.