• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
21.04.22 20:10
gundem / siyaset

Dilimiz milli-mənəvi sərvətimizdir


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün respublikamızın sürətlə inkişafı Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün davamıdır. Onun o dövrlərdə gördüyü işlər Azərbaycan xalqının milli özünüdərki, insanların keçmiş ideoloji sistemin əsarətindən xilas olmağa, Azərbaycan xalqının tarixi yaddaşına qaydışına, milli ruhun yüksəlişinə, Azərbaycan xalqının qəlbində illərdi yığılıb qalmış milli dövlətçilik ideyasının inkişafına qüvvət vermiş və xalqını bugünkü inkişafına zəmin yaratmışdı.
Ümummilli ünsiyyət vasitəmiz, ictimai-siyasi həyatda isə rəsmi statuslu dövlət dilimiz olan Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlər sistemində, tarixən, ən qiymətli sərvət kimi qorunmuş və zənginləşdirilmişdir. Ana dilimiz də eynilə ana torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu bugünümüzə gətirib çıxarmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmışdır. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndərin təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında təsbit olunmuşdur. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Heydər Əliyev qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir".
Bütün bunlаrlа birgə qеyd оlunmаlıdır ki, uğurlu milli dil siyаsəti müəyyənləşdirməkdən bаşqа ümummilli lidеr Hеydər Əliyеv özü həm də kаmil nаtiq idi. Оnun hər bir nitqi mükəmməl nаtiqlik sənəti nümunəsi hеsаb еdilə bilər. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu sözləri o şəxs deyirdi ki, ən yüksək təhsilini də rus dilində almışdı, ruscanı rusdan yaxşı bilirdi. Ancaq o öz ana dilini daha yaxşı bilirdi və təsadüfi deyildi ki, onun nitqləri həmişə məzmunlu, sadə və anlaşıqlı olurdu. Bu, əlbəttə ki, ilk növbədə Heydər Əliyevin milli vətəndaşlıq hisslərinin, milli mənlik qürurunun, sevgisinin ifadəsi idi.

Samirə Əmrahova, müəllim

Oxşar Xəbərlər

backend
Uğurlu dil siyasəti dövlətçiliyin əsasıdır
21.04.22 20:14
gundem / siyaset
backend
Tarixi təşəbbüs
21.04.22 20:12
gundem / siyaset
backend
Azərbaycançılıq ideologiyasına xidmət edən siyasət
21.04.22 20:08
gundem / siyaset
backend
Ana dilimizin dövlət dili olması uğrunda yorulmaz mübariz
21.04.22 20:06
gundem / siyaset

XƏBƏR LENTİ

21:05 Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
21:00 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
20:53 Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
20:50 Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
20:43 Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
20:37 Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
20:32 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
20:27 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
20:23 MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:11 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
20:06 Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
20:01 İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
19:56 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
19:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.