• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.04.22 21:29
gundem / medeniyyet

Azərbaycanın yeganə poeziya teatrının fəaliyyəti nə yerdədir?

[h1][/h1]


MƏHƏBBƏT ALLAVERDİYEV azturktv.az

Tanrı demək istəyir ki, insanlar, bəsdirin, ətraf mühiti, yaşıllıqları və ümumiyyətlə, dünyanı qoruyun. İnsan dəyişməlidir, mütləq dəyişməlidir.

Rus və sovet teatr rejissoru, aktyoru və teatr prodüseri Vsevolod Emilyeviç Meyerhold deyir ki, yeni dövrün teatrı ədəbiyyatdan doğulur, ədəbiyyat isə teatra yüyürür. Əslində, düşünürəm ki, teatr elə həmişə ədəbiyyatdan ilhamlanıb, ondan doğulub. Amma bu gün teatrda da qəribə bir əhval var. Dünya dəyişir, hamı harasa tələsir, hər şey qloballaşır, bir çox dəyərlər marağını itirir, gözdən düşür, sanki artıq yeni bir era yaşanır ki, burada bir qədər ruha, estetikaya, klassikaya, mənəvi rahatlığa və s. bir o qədər də ehtiyac duyulmur. Hətta öyrəşdiyimiz teatr da sanki əvvəlki deyil.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazsını təqdim edirik.

Yeni teatr tamaşaçını cəlb etmək üçün daha maraqlı performansa, daha fərqli yanaşmaya üstünlük verir və düz də edir. Müasir tamaşaçı artıq 20-30 il əvvəlki tamaşaçı deyil və onun diqqətini teatra çəkmək üçün müxtəlif vasitələrə əl atılmalıdır da. Sözümün canı başqadır. Teatrın ədəbiyyatla, bura kimi daha çox proza, indi isə poeziya ilə də ortaq bir nöqtəsi var. Poeziyanın səhnəyə gəlməsindən poeziya teatrı yaranıb. Bir çox ölkələrdə belə teatrlar var və onlara maraq da böyükdür. Poeziyanın səhnələşdirilməsi, qiratəçinin onu bir aktyor kimi duyaraqdan oynaması, dinləyiciyə çatdırması çox gözəl bir ənənədir. Bununla, sanki oxucu və ya dinləyici ilə müəllif arasında olan divar dağılır. Və poeziya ilə teatrın bir-birinə yaxınlaşması dil, söz, ruh, hiss və simvolların vasitəsilə gerçəkləşir. Bunun özü də bir artterapiyadır. Bu, qaçaqaçda olan və sanki əvvəlkindən daha çox sürətlə fırlanan, harasa təngnəfəs tələsən dünyanın açıq nəfəsliyi, bir ruh rahatlığı, bir hüzur yeridir. Bəs Azərbaycanda teatrın bu fərqli növünə maraq varmı?

Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova poeziya teatrı ilə bağlı fikirlərini “Kaspi” ilə bölüşdü: “Əvvəl Vaqif Səmədoğlu Mərkəzi yaradıldı. Mərkəz Xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi iləyanaşı,Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirlər, müxtəlif layihələr həyata keçirmək üçün nəzərdə tutulmuşdu. Burada musiqili və ədəbi poeziya gecələri keçirməyə başladıq. Və bizdə belə bir ideya yarandı, Mərkəzin nəzdində Vaqif Səmədoğlu adına Poeziya Teatrı yaratdıq. Burada təkcə Vaqif Səmədoğlunun deyil, həmçinin başqa şairlərin, o cümlədən dünya poeziyasından tərcümə olunmuş gözəl şeirlər də səslənidirilirdi. Şeirlər, qiraətçilər Kamran M Yunis və Xəzər Süleymanlının ifasında olurdu. Araya COVID-19 pandemiyası düşdü, karantin rejimi elan olundu. Tədbirlər səngisə də, onlayn şəkildə davam etdi. Bu yaxınlarda karantin qaydalarına riayət etməklə yenidən yığışdıq və poeziya gecələrimizə davam etdik. Planlarımız çoxdur, yavaş-yavaş onları da həyata keçirməyi düşünürük”.

Nüşabə xanım deyir ki, indiki dövrdə sanki ədəbiyyata, poeziyaya aclıq var: “Poeziya Teatrına toplaşan insanlar da öz istəyi ilə, maraqları, sevgiləri var deyə gəlirlər, qulaq asırlar. Hazırda dünyanı saran mənəvi aclığı bununla doldurmaq istəyirlər. Bu aralar, insanlar da sanki ruhən kasıblaşıblar. Bəşəriyyətin indi ümdə vəzifəsi o olmalıdır ki, insanlar dəyişsin. Son dövrlərdə baş verənlərlə, bəlkə də, Tanrı demək istəyir ki, insanlar, bəsdirin, ətraf mühiti, yaşıllıqları və ümumiyyətlə, dünyanı qoruyun. İnsan dəyişməlidir, mütləq dəyişməlidir. Amma dəyişmə də birdən-birə mümkün deyil, əlbəttə ki. Şeirsə başqa bir aləmdir. İnsan həm öz hislərini çatdırır, həm də daxilindəki pozitivi, sevgini digərlərinə ötürür. Bundan gözəl nə ola bilər ki? Bu mənada, bizim Poeziya Teatrı da bu işdə lap balaca bir töhfəsini vermiş olsa, bu, böyük bir xoşbəxtlik olar, böyük bir nailiyyət olar. Bu da bizim balaca bir addımımız olar bu cür böyük işlərin içində...”

Qiraətçi Xəzər Süleymanlı deyir ki, dünyanın bir çox ölkələrində Poeziya Teatrları mövcuddur: “Biz belə teatrları daha çox qonşu Rusiyada görmüşük. Hətta orada müxtəlif şairlərin, yazarların öz teatrı var. Zaman-zaman yazdıqları şeirləri və mətnləri səhnələşdirib çıxış edirlər. Azərbaycanda isə 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Vaqif Səmədoğlu adına Poeziya Teatrı yaradıldı. İdeya müəllifi isə Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova oldu. Həmkarım, sevilən bədii qiraət ustası, tanınmış aktyor Kamran M Yunislə Səməd Vurğunun Ev Muzeyində Azərbaycan poeziyasının ən populyar müəlliflərinin gecələrində çıxış edirdik. İdeya da məhz buradan yarandı. Ankarada TÜRKSOY-un xətti ilə Vaqif Səmədoğlunun 80 illiyi keçirilən zaman xalq yazıçısı Anar Rzayev poeziya teatrının yaradılması haqqında ictimaiyyətə məlumat verdi. Sonra bu teatrla Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində Vaqif Səmədoğluna həsr olunmuş gecələrdə çıxış etdik. Teatrın hələ ki, iki üzvü var: Kamran M Yunis və mən. Çıxışlarımız isə yenə də Səməd Vurğunun Ev Muzeyində olur”.

“Bu yaxınlarda isə şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ilə müəyyən müzakirələrimiz oldu” deyir Xəzər bəy: “Bu haqda hələ ki, çox açıqlama verə bilmirəm, ancaq hər şey yolunda getsə, Poeziya Teatrı efirlərə də çıxacaq. Ümumilikdə isə bu cür teatrların daha da inkişaf etməsi üçün digər teatrlarda olduğu kimi geniş səhnəyə, rejissora, redaktorlara, bir sözlə, böyük komandaya ehtiyac var. Təbii ki, bütün bu nüansların olması üçün dövlət səviyyəsində diqqət vacibdir. Ümid edək ki, yaxın zamanlarda poeziyasevərlər böyük səhnələrdə, mütəmadi olaraq Poeziya Teatrlarının fəaliyyətindən zövq ala biləcəklər”.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
22:02 Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
13.09.26 20:53
backend
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
13.09.26 20:53
backend
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
13.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.