• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.03.22 20:35
gundem / iqtisadiyyat

Azərbaycan üçün buğda idxalında Rusiya və Ukraynaya əvəz tapıldı


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib.

“Report” bu barədə Hindistan mətbuata istinadən xəbər verir.

Hökumətin yüksək səviyyəli rəsmisi bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir.

Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı, Hindistan buğdasının artıq mövcud müştəriləridir. Bununla belə, Hindistanın payı Rusiya və ya Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının eksklüziv alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir.

“Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli qazanclara baxmırıq, əksinə, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik”, - Kənd Təsərrüfatı və Emal olunmuş Qida Məhsullarının İxracının İnkişafı İdarəsinin (APEDA) sədri Madhayyan Anqamutu bildirib.

Ən çox buğda idxal edən ölkələr Misir, İndoneziya, Türkiyə, Çin, Nigeriya, İtaliya, Əlcəzair, Filippin, Yaponiya, Mərakeş, Braziliya, Banqladeş, Cənubi Koreya, Hollandiya və İspaniyadır. Hindistan bunlardan yalnız beş ölkədə - Banqladeş, İndoneziya, Filippin, Nigeriya və Yaponiya bazarında mövcuddur.

Rusiya-Ukrayna müharibəsi səbəbi ilə bu iki ölkənin tədarüklərində bir neçə ay ərzində məhdudiyyətlərin gözlənildiyi üçün Hindistanın əsas buğda idxal edən ölkələr arasında bazasını genişləndirmək üçün əhəmiyyətli imkanları var.

Rusiya böhranından bir neçə gün sonra dünya bazarlarında Hindistan buğdasının qiyməti bir ton üçün 360 ABŞ dollara qədər qalxmışdı. Bununla belə, son bir neçə gündə qiymətlər bir qədər sabitləşərək bir ton üçün 330-340 ABŞ dollarınadək (FOB) düşüb. Hindistan buğdasının hazırkı qiyməti hələ də qlobal rəqiblər arasında ən ucuzdur (burada qiymətlər bəzi növlər üzrə ton üçün hətta 400 ABŞ dollara çatıb).

Növbəti bir neçə ay ərzində Ukrayna və Rusiyanın dünya bazarlarında olmaması hindli treyderlərə rekord miqdarda mal göndərmək üçün qızıl şans verəcək.

Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən 2023-cü ilin martınadək) rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da, bu illə müqayisədə təxminən iki milyon ton çoxdur.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan yalnız Rusiya və Qazaxıstandan ərzaqlıq buğda alıb. Buğda idxalının ümumi həcmi 93 min 704,52 ton, dəyəri isə 32,475 milyon ABŞ dolları təşkil edib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:21 Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
20:15 Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
20:13 Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
20:10 Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
20:07 Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
20:04 Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
20:01 Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib
19:59 Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
19:57 Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib
19:54 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
19:51 Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb
19:47 Ötən il Azərbaycan Türkiyəyə 12 milyard kubmetrə yaxın qaz nəql edib
19:43 Qırmızı Bazarda torpağın əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır
19:40 Sabah Ordubadın üç kəndində işıq olmayacaq
19:37 Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
19:33 Dövlət Xidməti yaranma gününü qeyd edib
19:30 İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
19:25 Prezident İlham Əliyev Almaniyada səfərdədir
20:36 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
20:34 İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
20:32 Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
20:30 Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
20:27 Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
20:24 Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
20:22 Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.