• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.03.22 21:48
gundem / medeniyyet

Tahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olundu


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin anım günüdür.

Kulis.az bəstəkar haqqında on maraqlı faktı təqdim edib.

Belə ki, Tahir Əkbər 34 yaşına qədər Özbəkistanda yaşayıb.

O, Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verib.



İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.



“Gecə yağışı” mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyir:

“Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm:

“Məni gözləmə, əlvida…” Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: “Rəsmiyyə, gəl bunun adını “Gecə yağışı” qoyaq”.



Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də, efirə verilmirdi. Bəstəkarlar İttifaqı tərəfindən adı Prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da, rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb. Qızı Bəhriyə müsahibələrinin birində deyir:

“Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi”.Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi ikiotaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ikiotaqlı mənzili satıb birotaqlı mənzilə köçüb.

Doğum günü 20 yanvarda olduğu üçün 1990-cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.



Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermir. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarır.

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir:

“Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul”.



Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalır. Onun bu vəziyyəti həkimləri heyrətə gətirir. Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastropoviç öz repertuarına salaraq, dünyanın böyük konsert salonlarında ifa edir.

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti bu olub:

“Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun”.



2018-ci il, martın 2-də vəfat edən 72 yaşlı Tahir Əkbər Fəxri Xiyabanların heç birində dəfn olunmur. Ona “Qurd Qapısı”ndakı zibilliyin yanında məzar yeri ayrılır. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib. Həmin ərəfədə Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyirlər. Bildirirlər ki, icazə verin, biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmur.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.