• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
26.02.22 20:33
gundem / tedbirler

“Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri baş tutub – FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində 26 fevral 2022-ci il tarixində Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib.

Hibrid formada baş tutan tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, diplomatik korpus nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edib, həmçinin ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc onlayn şəkildə tədbirə qoşulub.

Tədbirdən öncə iştirakçılar dünya şöhrətli fotojurnalist Reza Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto-sərgi ilə tanış olublar. R.Deqati ziyarətçilərə fotolar barədə məlumat verib, gənclərin suallarını cavablandırıb. Bakı Konqres Mərkəzində, həmçinin, digər yerli və xarici fotoqrafların çəkdiyi, Xocalı soyqırımını əks etdirən şəkillər də nümayiş olunub.

“Xocalıya ədalət” kampaniyasının xüsusi stendində kampaniya tərəfindən soyqırımı həqiqətləri ilə bağlı nəşr edilmiş çoxsaylı kitab, buklet və broşurlar, maarifləndirici təbliğat materialları, həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat materialları gənclərə nümayiş olunub.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Türkiyə Gənclər Fondunun direktoru Enes Eminoğlu bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildən etibarən 26 fevral “Xocalı Soyqırımı Günü” kimi yad edilməsi qərara alınmışdır.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun qazandığı tarixi qələbə nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulsa da, ədalətin bərpası uğrunda mübarizə bitməyib. Xüsusilə informasiya məkanında erməni yalanlarının ifşa edilməsi, xalqımıza qarşı törədilən ağır beynəlxalq cinayətlər barədə dünya ictimaiyyətinin maarifləndirilməsi öz aktuallığını saxlayır. Bu xüsusda, gənclərin üzərinə düşən minimum vəzifə “Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının təqdim etdiyi materiallardan istifadə etməklə, soyqırımı həqiqətlərini dünyaya çatdırmaqdır.

Daha sonra, Xocalı qurbanlarını lentə alaraq vizual tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqhatinin “khojalywitness.org” adlı yeni saytının təqdimatı keçirilib. Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Tədbirin bədii hissəsində peşəkar aktyorlar tərəfindən Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı əks etdirən tamaşa nümayiş etdirilib. Tamaşa zamanı arxa fonda yerləşdirilən monitorda yaşananları əks etdirən real fotolar tamaşaçılarda kədərli emosiyalar yaradıb.

Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi” mövzusunda panel müzakirə baş tutub. Paneldə iştirak edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev, ADA Universitetinin siyasi elmlər və iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi mövzusunda müzakirələr aparmış və gənclərin suallarını cavablandırıblar.

Xatırladaq ki, “Xocalıya Ədalət” Kampaniyasının əsas məqsədi Xocalı soyqırımına beynəlxalq səviyyədə müvafiq siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən ibarətdir.

Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti info@justiceforkhojaly.org elektron poçt ünvanına göndərmək mümkündür.

Oxşar Xəbərlər

backend
Tələbə gənclər və könüllülər Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçiriblər - FOTO
25.02.22 20:42
gundem / cemiyyet
backend
Xocalı soyqırımının 30 illiyi ilə bağlı gənclərin iştirakı ilə silsilə tədbirlər keçiriləcək
23.02.22 20:36
gundem / tedbirler

XƏBƏR LENTİ

19:57 Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
19:53 Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
19:49 Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
19:43 Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
19:38 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
19:34 Azərbaycan, Gürcüstan və Türkiyə XTQ-lərin birgə təlimi başa çatıb
21:12 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
21:08 Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
20:57 Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
20:51 Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
20:43 Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib
21:33 İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
21:27 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb
21:21 Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
21:17 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
21:13 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
21:08 İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada Bülbülün ev-muzeyində olublar
21:03 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxıblar
20:59 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar
20:50 Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
20:45 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
20:39 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada gəzinti zamanı balaca sakinlərlə görüşüb
20:35 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
20:30 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
20:25 Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
27.06.26 19:57
Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
27.06.26 19:53
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
27.06.26 19:49
Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
27.06.26 19:43
Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
27.06.26 19:38
Azərbaycan, Gürcüstan və Türkiyə XTQ-lərin birgə təlimi başa çatıb
27.06.26 19:34
backend
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
27.06.26 19:57
Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
27.06.26 19:53
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
27.06.26 19:49
Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
27.06.26 19:43
Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
27.06.26 19:38
Azərbaycan, Gürcüstan və Türkiyə XTQ-lərin birgə təlimi başa çatıb
27.06.26 19:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.