• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.02.22 20:56
gundem / iqtisadiyyat

Dünya İqtisadi Forumu Azərbaycanda IV Sənaye İnqilabı Mərkəzinin açılmasından yazıb


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Dünya İqtisadi Forumu ötən gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin (C4IR) açılış mərasiminin keçirilməsindən yazıb.

“Report"un məlumatına görə, yazıda bildirilir ki, tədbir nazir Mikayıl Cabbarovun iştirakı ilə baş tutub.

Tədbirdə nitq söyləyən M.Cabbarov bildirib ki, həmin mərkəzin vəzifələri ölkəmizin dünya iqtisadiyyatındakı meylləri, rəqabət qaydalarını dəyişdirən Dördüncü Sənaye İnqilabındakı mövqeyini gücləndirmək və bu sahədə öncül yerlərə çıxmasını təmin etməkdir.

“Bu mənada Dünya İqtisadi Forumla, onun C4IR mərkəzləri şəbəkəsilə əməkdaşlığımız həmin sahədəki səylərin uğurlu davamıdır. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzi dünyada bu cür az mərkəzlərdən biridir və fəaliyyətə başlaması böyük əhəmiyyət daşıyır” – deyən nazir "C4IR Azerbaijan" mərkəzinin qabaqcıl texnologiyalarının sürətli tətbiqinə və cəmiyyətin, insanların mənafeyinə qulluq etməsinə, rəqəmsal iqtisadiyyatının daha da inkişaf etməsinə, ölkədə tədqiqatlar istiqamətinin təkmilləşməsinə təkan verəcəyini dilə gətirib.
Yeni mərkəzin təşəbbüsləri dövlət və özəl sektorda, akademik dairələrdə tərəfdaşlarla əlaqələrin daha da artmasına yönəlib. Bu da Dördüncü Sənaye İnqilabının başlıca texnologiyalarının üstünlüklərindən bəhrələnmək üçün əlavə imkanlar yaratmaqla yanaşı bununla bağlı riskləri də azaldacaq.

“Texnologiyaların sürətli inkişafı sənaye sahələrini dəyişdirir, mövcud hüquqi bazanı islah edərək gündəlik həyatımızın təməl cəhətlərini yenidən təyin edir. Artıq Dördüncü Sənaye İnqilabı mərkəzləri şəbəkəsinin bir parçası olan Azərbaycan innovasiyalı islahatların dayanıqlı, çevik, inklüziv səciyyəli aparılmasında başlıca rol oynayacaq”, – deyə Dünya İqtisadi Forumunun prezidenti Börge Brende bildirib.

Dördüncü Sənaye İnqilabı süni zəka, avtomatik tədris, əşyalar interneti, robotçuluq, 3D çap işləri, nanotexnologiyalar, biotexnologiyalar kimi bir çox sahələrdə texnologiya sıçrayışlarına gətirib çıxarıb.

Dünya İqtisadi Forumunun şəbəkəsi texnologiyanın üstünlüklərini cəmiyyətə maksimuma çatdırmaqla riskləri ən aşağı həddə endirmək üçün dövlət və özəl sektorunun çoxtərəfli inkişafı üçün əlverişli platformadır.

“C4IR Azerbaijan” dörd qitədə 16 bənzər mərkəzdən ibarət şəbəkənin bir parçasıdır”, - deyə yazıda qeyd olunub.

Oxşar Xəbərlər

backend
Prezident Dünya İqtisadi Forumuna dəvət olundu
24.02.22 20:37
gundem / siyaset
backend
SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib - FOTO
23.02.22 20:19
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.