• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.02.22 21:10
gundem / cemiyyet

DİM-dən XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına CAVAB


DİM-dən XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına CAVAB
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Xarici İşlər Nazirliyinə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddia edilib.

Bildirilib ki, DİM tərəfindən 11.01.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara əməl olunmayıb:

“Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilib.

İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməyib. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir, hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır”.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

DİM-dən bildirilib ki, 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib:

“İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçmişdi. 18 nəfər imtahana gəlməyib. Beləliklə, imtahanda 460 nəfər iştirak edib.

Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, XİN-də diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub – test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse.

Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.

Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi.

Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib.

Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.

100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır”.

“Əlavə olaraq qeyd edək ki, bir qrup imtahan iştirakçısı bu məsələ ilə bağlı yazılı şəkildə DİM-ə müraciət edib və onların müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub”, - deyə qurumdan qeyd edilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:52 Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
20:47 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
20:45 Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
20:42 Tramp NATO və müttəfiqləri hədəf alıb
20:37 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
20:34 İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
20:30 Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
20:27 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
20:23 Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb
20:17 Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid edirlər
21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.